Barbar ermənilərin qəddarlığı əsirlər boyu,Davam edib
Barbar ermənilərin qəddarlığı əsirlər boyu,Davam edib Qubada törədilən qətliamın da nəticələri ağır oldu. Qubada 122 kənd, 26 məscid və onlarca məktəb yerlə bir edildi. Çoxu qadın, uşaq və yaşlı olmqla, 16 min Azərbaycan Türkü qətl edildi. Bu acımasız qətliamın izlərini silmək üçün şəhid edilmiş minlərcə insanın cəsədi toplu məzarlara gömüldü.
Sonradan Qubada ermənilər tərəfindən qətl edilən insanların xatirəsinə abidə ucaldıldı. Bu abidənin divarlarında erməni vəhşiliklərini açıq-aydın göstərən təsvirlər əks edilmişdir. Həqiqətən bu təsvirlər də əks olunana mənzərələr (vəhşiliklər) insanın qanını donduruacaq dərəcədə vəhşət doludur.
Bütün bu qətllərdən və zülmdən qaynaqlanaraq Azərbaycan Türk yurdunun gücü tükənmək dərəcəsinə gəlmişdi. Amma Azərbaycan Türkləri ümidsiz deyildi. Erməni-rus quldurlarının gözü isə Türk qanına doymurdu. Türk qanına doymayan düşman Anadolu Türklərinə qarşı etdiyi vəhşiliyi eynilə Azərbaycan Türklərinə qarşıda törədirdi. Hal belə olunca Azərbaycanın öndə gələn aydınları qərar verdilər ki, qardaşdan yardım istəsinlər. Osmanlı Türk İpmeratorluğundan yardım istəmək məqsədilə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə bir heyət İstanbula səfər etdi. Ənvər paşa və Sultan Mehmet Reşat xanla görüşdülər. Ancaq vəziyyət hər zaman olduğundan daha çətin idi. Osmanlı Türk dövlətinin Qafqaza ordu göndərməsi sadəcə ruslara deyil, ermənilərə, ingilislərə qarşı da savaşması demək idi. Ayrıca I Dünya Savaşında Osmanlı dövlətinin “müttəfiqi” Almanya da Türklərin Qafqazda güclənməsini istəmirdi. Yəni Osmanlı dövləti qardaş Azərbaycan yardım etməklə dünyanın “siyasi gücləri”nin istəklərinə qarşı çıxmış olacaqdı. Osmanlı Türk dövləti bu şərtlər altında belə Azərbaycan Türkü qardaşlarına gərəkən yardımı etmək qərarına gəldi. Avropalıların və rusların deyimi ilə xəstə adam Osmanlı Türk İmperatorluğu bu yardım istəyini qarşılıqsız buraxmadı
Mansur İmanverdiyev,Müəllim.