Sahil Babayev vətəndaşın 190 manatını mənimsəyib? - Yeyilən PULLARIN HESABATI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz vətəndaşın 190 manatına göz dikib.
Kanal4.az Azadinfo.aza istinadən xəbər verir ki, ictimai vəkil Samir Zeynalovun verdiyi məlumata görə, iddiaçı Vəlixanov Emin Fuad oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” (190AZN) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraicət edib.
Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və 190 AZN birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulub.
Qərardan narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
31.03.2021-ci il tarixdə hakim Xəyalə Cəmilovanın sədrliyi ilə yekun məhkəmə baxışı olacaqdır.
Kanal4.az.