Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq

Qarabağ qaziləri arasında kimlər gərginlik yaratmağa çalışır? - FOTO

2021-03-25 21:17:09 271 baxış
Xəbər şəkil

 

 

Bir qrup Vətən müharibəsi iştirakçısı arasında qarşıdurma yaranıb. Buna səbəb isə Maştağa qəsəbəsində neft quyusunun yaxınlığında tikilən qanunsuz ev göstərilir. Maraqlıdı, bir neçə ay öncə düşmənə qarşı çiyin-çiyinə vuruşan silah yoldaşları indi nəyə görə üz-üzə gəliblər?

Əldə etdiyimiz məlumata görə, müharibə iştirakçıları arasında qarşıdurmanı uzun müddətdir Maştağa və Buzovna qəsəbələrinin ərazisində neft mədənindəki boş torpaqları zəbt edib, qanunsuz tikinti işləri aparan Azər Cəbrayılov və ətrafındakı dəstəsi yaradıb. Onun qanunsuz əməlləri barədə mətbuatda bir neçə geniş araşdırma təqdim olunub. Azər Cəbrayılov köhnə taktikasından istifadə edərək qanunsuz tikinti işlərini başa çatdırmaq üçün yenə də müharibə veteranlarından istifadə edir. Ona bu işdə cəmiyyətdə daha çox “saxtakar veteranlar” kimi tanınan Şəmilov İlyas Cəbrayıl oğlu və Abbasov Zavur Ağaqulu oğlu köməklik göstərir.

Bu şəxslər 2-3 min manat qarşılığında qanunsuz “gecəqondu” tikintinin başa çatdırılmasını, heç bir dövlət qurumunun müdaxilə etməyəcəyini, bir sözlə “hər şey bizlikdi” deyib bütün məsuliyyəti öz üzərlərinə götürürlər. Neft mədəninin mühafizəçiləri qanunsuz tikintinin dayandırılmasını tələb etdikdə isə onlar hay-küy salıb münaqişə yaradırlar və guya Qarabağ əlillərinin döyüldüyünün görüntüsünü yaratmağa çalışırlar. Vətən, dövlət, bayraq sevgisindən ağızdolusu danışan İlyas və Zavur Vətən müharibəsi zamanı hamının həyəcanla cəbhədən şad xəbərlər gözlədiyi bir vaxtda eyni taktika ilə Balaxanıda qanunsuz evlər tikib satmaqla məşğul olurdu.

Bu saxtakar dəstənin üzvləri indi İkinci Qarabağ müharibəsi qazilərini də aldadaraq öz ətraflarında toplamağa çalışırlar. Çünki quldur dəstənin “böyük” oğurluq planları var - xalqa məxsus olan neft mədəni ərazilərindəki boş torpaq sahələrini zəbt edərək ev tikib satmaq. Təəssüf ki, saxtakarlar bəzi qaziləri nələrinsə müqabilində öz yanlarına çəkə bilir. Onlardan tələb olunan isə odur ki, hərbi forma geyinib tikinti ərazisində görünsünlər, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazilər aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməyə cəsarət etməz.

Lakin neft sənayesi obyektlərinin mühafizəsi ilə məşğul olan SOS şirkətinin əməkdaşlarının da əksəriyyəti Vətən müharibəsi iştirakçısıdır. Təkcə bir neçə gün əvvəl 53 müharibə veteranı işlə təmin olundu. Belə olan halda tərəflər arasında mübahisə qaçılmaz olub. Mühafizəçilər “biz də qaziyik, biz də Vətən yolunda canımızdan keçmişik, amma bunu əlimizdə bayraq edib heç bir qanunsuz əmələ göz yumulmasını istəmirik” deyərək qanunsuz tikinti işlərinin dayandırılmasını tələb ediblər.

Qeyd edək ki, qanunsuz tikintinin aparıldığı sahə H.Z. Tağıyev adına NQÇİ-nin 3 saylı mədən ərazisində, 1220 saylı işlək neft quyusundan cəmi 20 metr məsafədə yerləşir.

Halbuki bu cür sahələrdə yaşamaq insan həyatı üçün bir sıra təhlükələr yaradır. Əvvəla, intensiv neft çıxarılan ərazilərdə radiasiya fonu normadan dəfələrlə yüksək olur və belə yerlərdə uzun müddət yaşamaq xərçəng xəstəliyinin yaranma riskini artırır. Bundan başqa, mədən ərazilərində hər an yanğın-partlayışlar baş verə bilər ki, bu da neft quyularının bir neçə metrliyində yaşayan insanların həyatı üçün təhlükə yaradır. Bütün bunlar nəzərə alınaraq mədən ərazilərində məskunlaşma qanunla qadağan edilib. Ancaq dəllalıqla məşğul olan mütəşəkkil dəstələr neft mədən ərazilərini zəbt edərək, məlumatsız vətəndaşlarla satmaqla minlərlə insanın təhlükəli şəraitdə yaşamasına səbəb olurlar.

Kanal4.az





Oxşar xəbərlər


Xəbər lenti
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25