Şuşanın bərpa edilərək öz əvvəlki şöhrətinə qayıdacaqdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunduğunu Azərbaycan xalqına bəyan edərkən "Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir” demişdi. Bəli Şuşanın işğaldan azad olunması Azərbaycan xalqının tarixinə ən yadda qalan və şanlı səhifələrdən biri kimi yazıldı. Xalqımız topaqların azad olunmasında birlik və həmrəylik göstərdiyi kimi, azad olunmuş torpaqların bərpasında da bu əzmkarlığı, bu iradəni göstərməkdə davam edir. Biz hər bir Azərbaycan vətəndaşı inanırıq ki, tezliklə azad olunmuş torpaqlarımızda yaradılacaq infrasturuktur, bərpa olunacaq şəhər və kəndlər, torpaqlarımızın düşmən işğalından azad olunması zamanı göstərdiyimiz qəhrəmanlıqlar kimi bütün dünyanı heyrətə salacaqdır. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşa şəhərinin bərpası haqda danışarkən Cənab Prezidentimiz İlham Əliyev çıxışlarının birində “Şuşa şəhərinin bərpasında mütəxəsislərin, xüsusilə də Şuşalıların fikirləri mütləq nəzərə alınacaq” demişdir. Artıq şəhərdə infrastruktur layihələrinin reallaşdırılmasına başlanılıb. Bu istiqamətdə mühüm işlər həyata keçirilir. Şəhərin enerji təminatı ilə bağlı layihələrin bir hissəsi artıq həyata keçirilib. Hal-hazırda Şuşa yarımstansiyası fəaliyyət göstərir. Bu layihə Şuşanın azad olunmasından qısa müddət sonra həyata keçirildi. Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək. Şuşada yerləşən Molla Pənah Vaqifin məqbərəsində tezliklə bərpa işləri həyata keçiriləcək. Həmçinin Heydər Əliyev Fondu öz vəsaiti hesabına Molla Pənah Vaqifin büstünün bərpası layihəsini icra edəcəkdir. Bütün görülən işlər ən yüksək səviyyədə və zövqlə həyata keçiriləcəkdir. Bu gün Şuşada görülən işlər, həyata keçirilən layihələr bizi əmin edir ki, mədəniyyət beşiyi sayılan Şuşa şəhəri qısa müddətdə dünyanın ən gözəl şəhərindən birinə çevriləcək. "Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm" söyləyən Cənab Prezident İlham Əliyevin bu gün işğaldan azad olunmuş torpaqlarda aparılan bərpa işlərinə şəxsən nəzarət etməsi sadəcə qürurvericidir. Ali Baş Komandanın prosesləri yaxından, yerindəcə izləməsi bunu bir daha sübut edir.
Çingiz Abuşov
Neftçala rayon ziyalısı, müəllim
Səmil Şahlaroğlu
Kanal4.az