Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 

Deputat:"Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan oldu

2021-03-31 22:35:16 154 baxış
Xəbər şəkil

Bir il əvvəl pandemiyaya çevrilən koronavirus infeksiyası hələ də yayılmaqda davam edir. Bu müddət ərzində ölkələrdə həyata keçirilən sərt karantin rejimləri sayəsində COVID-19-un yayılmasında müəyyən azalmalar hiss olunsa da, yumşalmalar zamanı virus yenidən sürətlə yayılmağa başlayıb. Hazırda da dünya üzrə vəziyyət ürəkaçan deyil və gündəlik olaraq yüz minlərlə insan koronavirusa yoluxur. 
 Məlum olduğu kimi, ötən ilin payızı dünyada COVID-19 pandemiyasının ikinci dalğasının başlaması və yoluxma sayının sürətli artımı ilə yadda qaldı.

 

Lakin ilin sonlarına yaxın vaksinlərlə bağlı əldə olunan uğurlar insanlığın pandemiyanı məğlub edəcəyinə ümidləri artırdı. Bir sıra ölkələrdə peyvəndlər sınaqdan keçirildi. 
 Prezident İlham Əliyev nitqlərində hər zaman vurğulayır ki, pandemiyadan çıxış yolu yalnız qlobal həmrəylikdən, dünya dövlətlərinin ümumi səylərini birləşdirməsindən asılıdır. Bu zamana qədər ölkə başçısının rəhbərliyi ilə koronavirusa qarşı mübarizə çərçivəsində çox mühüm, ardıcıl və məqsədyönlü addımlar atılıb. Eyni zamanda, ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib və bu vəsaitin 5 milyonu Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə ayrılıb. Dövlət rəhbərimizin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi də bunun bariz nümunəsi idi. 


 Ötən il dekabrın 3-4-də keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasında İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi çıxış edərək bütün ölkələri həmrəyliyə çağırdı, birtərəfli addımlar atılmamasının, peyvəndin bütün ölkələrin xalqları üçün əlçatan olmasının vacibliyini önə çəkdi. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bəşəri problemin aradan qaldırılması istiqamətində daha bir uğura isə bu yaxınlarda imza atıldı.  Martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi. 


 Beləliklə, Azərbaycan koronavirusun ortaya çıxdığı ilk zamanlardan etibarən ona qarşı operativ şəkildə qabaqlayıcı tədbirlər həyata keçirən ölkələrdəndir. Belə ki, pandemiya dövründə Azərbaycan dövləti koronavirus pandemiyasının təsirlərinin azaldılması, insanların sağlamlığının qorunması, eyni zamanda, yeni xəstəxanaların inşa edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirmişdi. Ölkəmizdə 13 modul tipli xəstəxana inşa edilmişdi ki, bununla da formalaşan xəstəxana fondu xəstəliklə bağlı bütün məsələlərin həll olunmasına tam imkan verirdi. Eyni zamanda, pandemiyaya qədər Azərbaycanda 8 laboratoriya var idi və gündə cəmi 1000 test keçirilə bilirdi. Bu gün isə laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Təsadüfi deyil ki, bu günə qədər 2.8 milyondan çox test keçirilib. Bütövlükdə pandemiya dövründə insanların sağlamlığının qorunması üçün dövlət tərəfindən atılan addımlar onun necə prinsipial mövqe tutduğunu isbatlayır. Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də Azərbaycan oldu. Sirr deyil ki, dövlət pandemiyanın ilk günlərindən işləri düzgün təşkil etmiş və bütün lazımi addımları atmaqla beynəlxalq təşkilatlarla təmaslar qurmuşdu. 
 Bu gün artıq Azərbaycanın pandemiyaya qarşı hərtərəfli mübarizəsi və zamanında gördüyü işlər ölkədə pandemiyanın fəsadlarının minimum səviyyədə olmasına zəmin yaradıb. Lakin əfsuslar olsun ki, koronavirus Yer üzündən yox olmayıb və yeni mutasiyaları ilə insanların sağlığını təhlükə altında saxlayır. Belə olan təqdirdə isə bu virusla mübarizədə hökumət tərəfindən həyata keçirilən tədbirlərin daha effektiv olması biz vətəndaşların ehtiyatlı olmasından, pandemiya qaydalarına məsuliyyətlə əməl etməsindən birbaşa asılıdır.

Milli Məclisin Deputatı Anar Məmmədov.

Kanal4.az

Emin Xuduyev





Oxşar xəbərlər


Xəbər lenti
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26