Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq

MÜNAQİŞƏNİN HƏRBİ YOLLA HƏLLİ LABÜD İDİ

2021-04-06 13:18:20 59 baxış
Xəbər şəkil

  Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündəki çıxışı Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Cənab Prezident burada bir çox önəmli mesajlar verdi və onun hər fikrini maraqla dinləyən geniş bir auditoriya var idi. Hər kəs Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha gördü.
        Ermənistan 30 illik bir dövrdə qeyri-konstruktiv və irrasional mövqe nümayiş etdirmiş, faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi.
 
       Çox təəssüflər olsun ki, bu illər ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir səmərə vermədi. Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi.
 
      Beynəlxalq təşkilatların doğru olmayan fəaliyyətinin nəticəsidir ki, Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ konflikti bu səviyyəyə gəlib çatdı. Bu, birbaşa onların məsuliyyətidir. Biz sadəcə Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmədik və təkcə Qarabağı qaytarmadıq, bütövlükdə həm də millət olaraq gücümüzü və potensialımızı dünyaya göstərə bildik. Qürurumuzu qaytardıq və bayrağımız qədər ucaltdıq. Bütün bunlara baxmayaraq gələn bəla qarşısında məğrur dayanan, öz Ali Baş Komandanına və ordusuna güvənən Azərbaycan xaqlı düşmənin bütün planlarını alt-üst etdi. Cənab Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu bütün istiqamətlərdə düşmənin layiqli cavabını verdi.
 
       Bu aspektdən əldə olunan nəticə böyük uğurdur. Baxın, Ermənistan əslində daha öncə təklif olunan şərtlərlə razılaşıb, kapitulyasiyanı qəbul edib daha az itkilərə yol verərək bu prosesdən çıxa bilərdi. Təəssüflər olsun ki, Ermənistan siyasi rəhbərliyinin və ultra-millətçi ermənilərin düşüncəsi buna çatmadı. Özgələrinin torpağında gözü olan bu toplum həm də mütləq cəzalanmalı idi ki, reallığın nədən ibarət olduğunu başa düşsün və anlasın ki, başqa xalqın torpaqlarını mənimsəmək yolverilməzdir. Qonşularla sülh şəraitində yaşamaq lazımdır. Artıq dünya ictimaiyyəti şahiddir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoyub, torpaqlarını qaytarıb, öz ərazi bütövlüyünü bərpa edib.
 
       Ermənistanda isə siyasi böhran getdikcə dərinləşir, iqtisadiyyat tənəzzülə uğrayıb, hakimiyyət kürsüsündə olanlar bir-birlərini ittiham edirlər. Hətta oradakı iqtidar-müxalifət qarşıdurması elə bir səviyyədədir ki, kütləvi həbslər baş verir. Onların arxayın olduğu havadarları artıq bir o qədər də Ermənistanı dəstəkləmir. Çünki hər şey göz qabağındadır. Ermənistan öz çirkin, murdar əməlləri ilə bütün beynəlxalq aləmdə özünü tam olduğu kimi göstərir. Paşinyan psixoloji gərginlik içərisindədir.  O hər yola əl atır və atacaq, hər kəsin dabanını yalaya-yalaya kömək istəyərək, özünü digər dövlət başçılarının yanında günahsız kimi göstərməklə xal qazanmaq istəyir. Amma bunu heç bir zaman görməyəcək. Ermənistan məğlub ölkədir, məhz o ölkənin rəhbərlərinin  yürütdüyü siyasət öz  dövlətlərini uçuruma aparmışdır. Onların bir yolu var, o da bizim qələbəni qəbul etməkdir. Məhz buna görə işğalçı ölkə bədnam siyasətinə dərhal son qoymalıdır.  
 
       Hamıya yaxşı məlumdur ki, işğalçı erməni qüvvələri əcdadlarımızın qiymətli ənənələrini, yaratdığı memarlıq nümunələrini dağıtmış, bununla da dünya miqyaslı mədəniyyət tariximizə böyük ziyan vurmuşdur. Maddi-mənəvi dəyərlərin məqsədyönlü şəkildə məhv və talan edilməsi, mənimsənilməsi, tarixin saxtalaşdırılması təcavüzkar siyasətin əyani sübutudur. Qədim Alban xristian kilsələrinin saxta yollarla “erməniləşdirilməsi” və qədim müsəlman dini abidələrinin təhqir olunması, zəngin fauna və flora mənbəyi olan meşələrin yandırılaraq məhv edilməsi, qlobal ekoloji tarazlığın kobud şəkildə pozulması Ermənistan işğalçılığının insanlığa yaraşmayan hərəkətlərinin nəticəsidir. Ermənilər bilməliydilər ki, tarixi mirasın məhv edilməsi bəşəriyyəti əsrlər boyu mövcud olmuş qiymətli sərvətlərdən məhrum edir. Erməni ünsürləri yaxşı bilirlər ki, vaxtilə himayədarlarının vasitəsilə azərbaycanlılara qarşı törətdikləri soyqırımın, işgəncələrin, təhqirlərin, hesabı bunlardan soruşulacaq. Və soruşuldu da!

Rza Rzayev, rayon ağsaqqalı, ziyalı                                                                                                                                                

  Xüsusi muxbir Səmil Şahlaroğlu





Oxşar xəbərlər


Xəbər lenti
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25