Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq

Aztəminatlı ailələrə uşaqpulu verilməsi vacibdir” - Fəzail Ağamalı

2021-04-07 23:00:13 102 baxış
Xəbər şəkil

 

Müxalifət düşərgəsində növbəti qarşıdurma başlayıb. Hakimiyyət əleyhdarları bu dəfə uşaqpulu məsələsinə görə üz-üzə gəlib. REAL rəhbərliyinin uşaqpulu verilməsi fikrini dəstəkləyənləri təhqir etməsi hakimiyyət opponentləri arasında söz savaşını daha da alovlandırıb.

Maraqlıdır, hakimiyyətə iddialı olan qüvvələr nə üçün vahid mövqedən çıxış edə bilmirlər?

Mövzu barədə Yenisabah.az-a danışan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ilk əvvəl bu cür qalmaqallara müdaxilə etmək istəmədiyini diqqətə çatdırıb:

“Şəxsi məsələləridir, özləri bilər, mən onların işinə qarışmıram, ağsaqqal yaşımda əksinə deyərdim ki, barışsınlar, bir-birini başa düşsünlər, bir-birinə qarşı sərt mövqe nümayiş etdirməsinlər. Yəni bir ağsaqqal kimi onları barışa dəvət edərdim”.

Deputat daha sonra uşaqpulunun verilib-verilməməsi ilə bağlı öz fikirlərini bölüşüb:

“Bizim uşaqpulu məsələsi ilə bağlı mövqeyimiz olub. Mən vaxtilə təklif etmişəm ki, ünvanlı sosial yardım ləğv olunsun və oraya ayrılan vəsait iki istiqamətə yönəldilsin. Uşaqpulunun hər kəsə verilməsinə ehtiyac yoxdur. Əgər bir ailənin aylıq gəliri 2-3 min manatdırsa və onların 2 uşağı varsa, ailəyə uşapulu verilməsinə ehtiyac yoxdur. Pulu ehtiyacı olan adamlara vermək lazımdır. Məlumdur ki, 170 manatdan aşağı gəliri olan ailələrə ünvanlı sosial yardım verilir. Ancaq bu prosesdə o qədər mübahisəli və məhdudlaşdırıcı məqamlar var ki, bir çox ehtiyacı olan ailə bu vəsaiti əldə edə bilmir. Məsələn, kimsə atasının mülkiyyətində olan mənzildə qeydiyyatda olur, uzun müddət ailəsi ilə yaşayır, sonra isə özü ailə qurub həmin evdən ayrılır, lakin hələ də həmin mülkiyyətdə qeydiyyatda olduğu üçün ehtiyacı olduğu halda, dövlətdən sosial yardım ala bilmir. Ona görə də bu ünvanlı sosial yardım ləğv olunmalı və ona ayrılan vəsait iki kateqoriyaya bölünməlidir. Vəsaitin bir qismi özünüməşğulluğa göndərilməlidir. Əgəri bir insanın fiziki imkanı çatıb özü üçün təəssərrüfat yarada bilirsə, bu yolla ona dəstək göstərilir və şəxs heç kimdən asılı olmadan ailəsini maliyyələşdirir. Vəsaitin digər qismi isə ehtiyacı olan ailələrə uşaqpulu şəklində verilməlidir. Məsələn, valideynlərdən hansısa əlildirsə, işləmək qabiliyyəti yoxdursa və ya ailənin gəliri çox aşağıdırsa, uşapulu verilməlidir”.

Həmsöhbətimiz vətəndaş nikahından dünyaya gələn uşaqlar üçün də yardımın göstərilməli olduğunu vurğulayıb:

“Son vaxtlar vətəndaş nikahı nəticəsində çoxsaylı uşaqlar dünyaya gəlib. Bu cür ailələrdə bəzən kişi məsuliyyətsizlik edərək öz xanımını və uşaqları evdə qoyub ayrı macəra axtarmağa gedir. O qadının çox zaman təhsili və peşəsi olmadığı üçün çətin vəziyyətlə üzləşir. Pulu oraya da yönəltmək lazımdır. Çünki onu taleyin ümidinə buraxmaq olmaz. Bəli, səhv edib ki, nikahsız ailə qurub. Lakin biz onlara dövlət olaraq yardım göstərməliyik. Ehtiyacı olan ailələrə uşaqlar 18 yaşına çatanadək bəlli miqdarda müavinət ödənilməlidir. Mənə elə gəlir ki, ən doğru yanaşma bundan ibarətdir. Bu məsələ ətrafında çoxlu təhlillər aparmışam. Gəldiyim nəticə budur. Fikrimcə, ən optimal variantdır”

 




Oxşar xəbərlər


Xəbər lenti
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25