Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq

Hərarəti 38-ə çatmayanda, təcili yardım çağırırsa, digər ağır xəstənin haqqına girir”

2021-04-08 09:50:02 93 baxış
Xəbər şəkil

 

 

Kanal4.az  Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyevin modern.az-a müsahibəsini təqdim edir:

 

- Doktor, son vaxtlar təcili yardımla bağlı çoxsaylı şikayətlər var. Xüsusilə pandemiya dövründə hərarəti olan vətəndaşlar termometr 38-i göstərməyincə onlardan COVID-19 testinin götürülmədiyini bildirirlər. Hətta bu məsələ ilə bağlı həkimlər tərəfindən də sosial şəbəkələrdə müzakirələr aparılır.

- Yazırlar, danışırlar, bəs təcili yardımın görməli işi kimdən tələb edək biz? Qeyd olunanlar ilkin səhiyyə xidmətlərinin funksiyalarına daxildir. Biz ağır hallarla məşğuluq. Adından da göründüyü kimi, təcili tibbi yardım göstəririk.

- Bəs COVID-li xəstələrin bu müraciəti ağır hal deyil?

- Təcili yardım yaxma götürəcək, onun daşınmasını təmin edib laboratoriyaya çatdıracaqsa, bəs vəzifə borcunu nə vaxt yerinə yetirəcək? Səhiyyədə vəzifə bölgüsü var. İlkin səhiyyə xidmətlərində məntəqələr yaradılıb. Sahə həkimləri var, hansı ki, indi ailə həkimləridirlər. Bir də var təcili yardım. Biz vəzifə funksiyalarını çaşdırmamalıyıq. Kimsə bunu bilmir və bu tələbi qoyursa, o demək deyil ki, onun tələbi qanundur. Adından da göründüyü kimi, təcili yardım təcili hallar - infarkt, boğulma, nəqliyyat qəzaları, zəhərlənmələr və s. də çağırılmalıdır. Ümumən sağlam insanın hərarəti bir az qalxıbsa, panikaya düşmək, ona hansısa dərmanlar vermək lazım deyil. Hərarət bədənin cavab reaksiyasıdır, bədəndə hərarət varsa, bu, mübarizə deməkdir. Çox da yüksək olmayan hərarətli xəstəyə dava-dərman edəndə, əksinə biz onun immunitetini aşağı salırıq, bədənin müqavimətini söndürürük.

- Ümumiyyətlə təcili tibbi yardım tərəfindən gün ərzində COVID-19 şübhəsi olan neçə ağır xəstədən yaxma götürülür?

- Təkcə dünən zəruri hallarla bağlı 800 nəfərdən koronavirusla bağlı yaxma götürmüşük. Məsələ burasındadır ki, bəzi həkimlər gizli şəkildə evdə müalicə ilə məşğuldurlar. Müalicə yazır, xəstəni də öyrədirlər ki, təcili tibbi yardım çağır yaxma götürsün, görək nəticə necədir... Bu təcili yardımdan sui-istifadə etməkdir. Nəzərə alın ki, təcili yardımın COVID-lə bağlı çağırışına 3 saat vaxt sərf olunur. Briqada çağırış yerinə gedir, yaxma götürür, ona ştrix kod vurub laboratoriyaya təhvil verir. Yaxud ağır COVID-li xəstəni xəstəxanaya yerləşdirməyin özü də 3 saat çəkir. Çağırışa gedir, boş xəstəxana tapıb onu yerləşdirir, daha sonra avtomobilin dezinfeksiyası, əməkdaşların geyimlərini dəyişməsi, bunların hamısı üçün vaxt sərf olunur. Əslində ağır xəstədən sonra avtomobil 2 saat havalandırılmalıdır, amma bizim gözləməyə vaxtımız yoxdur. Gün ərzində Bakıda 2500-ə qədər çağırış gəlir. Fiziki olaraq 139 briqada bunu çatdırmalıdır.

- Rauf doktor, təcili tibbi yardımın çağırışa gecikməsi halları da olur. Gecikmələr məhz çağırışların çoxluğu ilə bağlıdır, yoxsa başqa səbəblər var?

- Dediyim kimi, çağırışlar çoxdur. Gecikmələr də olur. Biz bunu inkar etmirik. Müraciətlər çox olanda onları çeşidləyirik. Elə hər “37 dərəcə hərarətim var, tez ol gəl”, “çağırdığım an qapımda olmalısan” düşüncəsilə çağırış verənə gedə bilmərik. Kimsə bu cür halla bağlı təcili yardımı məşğul edirsə, özü vətəndaş olaraq, əməlini qiymətləndirməlidir. Axı təcili yardıma ehtiyacı olmayan birinin çağırışına getməklə, daha ağır xəstənin çağırışına gecikirik. Burada söhbət insan həyatından gedir. Hərarət 37-ə qalxan kimi aləm qarışır bir-birinə. Ağır hal deyilsə, sahə həkiminə müraciət edin.

- Yeri gəlmişkən, bu kimi şikayətlər elə daha çox həkimlər tərəfindən ictimailəşdirilir...

- Məlumatım var. Əgər hansısa xəstə hərarəti 38-ə çatmadığı halda, təcili tibbi yardım çağırıbsa, digər ağır xəstənin haqqına girmiş olub. Digər tərəfdən diaqnoz məqsədilə təcili tibbi yardım çağırılması harada görülüb? Axı analiz götürmək təcili tibbi yardımın vəzifə borcu deyil. Çox güman ki, bu ittihamla çıxış edənlər təcili tibbi yardımın mahiyyətini anlamırlar. Və bunu başa düşməyən həkimlər də insanları yanlış yönləndirirlər. Həmin həkimlərin hamısı gizli şəkildə evlərdə COVID-li xəstələrin müalicəsilə məşğuldurlar. Yaşlı, şəkər xəstəsi olan, infarkt keçirən, qəzaya düşən çağırışları qoyub, mən necə 37 hərarəti olan xəstədən yaxma götürməyə gedim? Əgər vətəndaşların koronavirusla şübhəsi varsa, ağırlaşma halı yoxdursa, sahə üzrə polikliniklara müraciət etsinlər. Nədənsə bizim bəzi vətəndaşlar evdən çıxmaq, poliklinikaya getmək istəmir, ən rahat və sadə yolu seçir: “Zəng edim təcili tibbi yardım gəlsin. Gəlsin zəhmət çəksin, borcudur yaxma götürsün”. Bəli, borcumuzdur, amma ağır hallar üçün. Hansısa müayinəyə diaqnoz qoymaq üçün yox. Bu, birbaşa təcili tibbi yardımın funksiyası deyil.

- Bəs gün ərzində briqadalarınız neçə ağırlaşmış COVID-19 xəstəsinin çağırışına gedir, yaxud xəstəxanalara yerləşdirilməsini təmin edirlər?

- Təkcə dünən Bakı üzrə 208 COVID-li xəstəni ağır halda xəstəxanalara yerləşdirmişik. Onların bir hissəsi evdə, şəxsi həkimlər tərəfindən aparılan müalicələr nəticəsindəki ağırlaşanlardır. Ölüm vəziyyətinə gətirib çıxarandan sonra təcili tibbi yardım çağırırlar. Briqadalar girir evə, təsəvvür edin, oksigen, sistem, klinikalar açırlar evlərdə. Yoluxma barədə ərazi üzrə polikliniklarda məlumat olanda, gizlin şəkildə evlərdə müalicələrə başlamayanda, onlar xəstə ilə maraqlanır. Ağırlaşma halları olarsa, polikliniklardan bizə müraciət daxil olur ki, bu ünvanda ağırlaşma əlamətləri olan COVID-li xəstə var, onu xəstəxanaya yerləşdirin. Ayrı-ayrı həkimlərin müalicəsini alırlar, ağırlaşandan, nəticəsi olmayandan sonra günahkar təcili yardım olur. Əslində bir çağırış ən geci 1 saata icra edilməlidir. Amma bəzən 3 saatadək çəkir. Çünki briqada tərəfindən xəstəyə ilkin yardım göstərilir, vəziyyətdən çıxarılır. Daha sonra boş yer tapılıb xəstəxanaya yerləşdirilir. Həmin briqada avtomobil, geyim dezinfeksiya edildikdən sonra stansiyaya qayıtmalıdır. Normativlərə görə, COVID-li xəstəni daşıyan briqada  2 saat çağırışa getməməlidir. 139 briqada və 2500 çağırış. Sizcə bunların hamısını icra etməyə fiziki güc çatarmı? Nəzərə alın ki, təcili tibbi yardım bütün gücünü səfərbər edib - əməkdaşlarımız kursa getmir, məzuniyyətə getmir, təqaüdçülərin bir hissəsilə müqavilə bağlamışıq. Maksimum şəkildə daxili imkanlardan istifadə edirik ki, üzərimizə düşəni icra edə bilək.

- Əgər çatışmazlıq varsa, niyə briqadaların sayının artırılması ilə bağlı məsələ qaldırmırsınız?

- Hər müəssisənin öz büdcəsi var. İndiki büdcə ilə briqadaları artırmaq mümkün deyil. Heç kimin qayda-qanunu pozmaq ixtiyarı yoxdur. Regionlarda əhalinin sayı azdır. Ölkə əhalisinin böyük hissəsi Bakıda cəmləşib. Rəsmi olaraq, paytaxtda 2 milyon 300 min nəfər yaşayır. İş üçün gələnlər, məcburi köçkünlər, tələbələri də nəzərə alanda, Bakıdakı əhalinin sayı 5 milyonu keçir. Belə olan halda təcili tibbi yardıma güc düşür. Buna görə Səhiyyə Nazirliyi vəzifə bölgüsü apardı. Yüngül xəstələr ərazi üzrə polikliniklar tərəfindən, ağır xəstələr təcili tibbi yardım tərəfindən idarə olunmalıdır. Bu effektli işləyir. Amma kiminsə əhalini yanlış yönləndirən fikri o demək deyil ki, səhiyyə işləmir.





Oxşar xəbərlər


Xəbər lenti
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25