Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Doqquz bəndlik bəyanat, orada əksini tapan müddəalar möhtəşəm qələbəmizin təqdimatıdır. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz! 30 il düşmən tapdağında olan torpaqlarımız artıq öz tarixi sahiblərinə qayıdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Qarabağ bölgəsi sanki yenidən doğulur, canlanır, dirçəllir. Prezidentimiz cənab İlham Əliyev qətiyyətli idi, inanırdı ki, zəfər bizim olacaq. Biz qaniçən düşmənlərimizin işğal olunmuş ərazilərimizdə törətdiyi vəhşilikləri dünyanın nəzərinə çatdıracağıq.
Ali Baş Komandanımız 44 günlük müharibə dövründəki və şanlı qələbəmizdən sonrakı bütün müsahibə və müraciətlərində beynəlxalq ictimaiyyətin rəyinə böyük hörmət və ehtiramla yanaşdığını söyləyir və Azərbaycanın haqq işinin hamı tərəfindən dəstəklənəcəyinə inandığını bildirirdi. Bu inamın nəticəsi artıq göz qabağındadır. Təkcə türkdilli ölkələr, yaxın qonşularımız, müsəlman dövlətləri deyil, az qala dünyanın bütün ölkələri Azərbaycanın qələbəsini alqışlayır, son 30 ildə ərazilərimizin 20 faizini viranəyə çevirmiş terrorçu, təxribatçı, oğru, qarətçi, vəhşi xislətli düşmənlərimizi lənətləyirlər. Nəinki bu gün, bütün yüzilliklər boyu çoxəsrlik tariximizin bu şanlı səhifəsi daim qürur hissi ilə xatırlanacaq və qeyd ediləcəkdir
"Azərişıq"ASC -nin Əməkdaşı Quluyev Emin Salyan Rayonu .
Kanal4.az