Neftçala rayonunda II Vətən Müharibəsində şəhid olan qəhrəmanımız Cəfərov Cəlil Sulduz oğlunun bulaq abidəsinin açlışı oldu.
Neftçala rayonunda II Vətən Müharibəsi qəhrəmanı, kəşfiyyatçı Cəfərov Cəlil Sulduz oğlunun bulaq abidəsinin açılışı oldu. Açılışda şəhidin ailə üzvləri, yaxınları, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Fəzail Ağamalının köməkçisi Xidmət Orucov iştirak etdi. Açılış mərasimində çıxış edənlər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalçılarından azad olunmasında və qələbəmizdə Cəfərov Cəlil Sulduz oğlu kimi vətənpərvər hərbçilərimizin xüsusi rəşadətindən, döyüş yolundan danışdılar.
Qeyd edək ki, Cəfərov Cəlil Sulduz oğlu 1998 ildə Neftçala rayon Şorkənd kəndində anadan olmuşdur. Talış kəndində gedən qızğın döyüşlərdə 16 oktyabr 2020 - ci ildə döyüş tapşırığıni yerinə yetirən zaman düşmənin snayper gülləsinə tuş gəlmiş və döyüş yoldaşlarına gülərək " mənədə şəhid olmaq qismət oldu " deyərək Şəhidlik zirvəsinə ucalmisdir. Şəhid Cəlil Cəfərov ölümündən sonra Ali baş komandan İlham Əliyevin sərəncamı ilə Vətən uğurunda Suqovuşan və Laçınan azad olunmasına görə medalı ilə təltif olunub.
