Xəbər lenti
MƏNFUR DÜŞMƏNƏ LAYİQLİ GÖZDAĞI
2021-04-18 21:28:19
47 baxış
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün təşəbbüsləri xalqımızın ürəyindəndir. Çünki bu təşəbbüslər ölkəmizin milli maraqlarına xidmət edir. Bakıda Hərbi Qənimətlər Parkının yaradılması haqqında da cənab Prezident xüsusi Sərəncam imzalamış, təşəbbüslə çıxış etmişdi. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin iyul, avqust hadisələri bir daha təsdiqlədi ki, Azərbaycan Ordusu işğalçı Ermənistana layiqli cavab verməyə hazırdır: “2020-ci ilin sentyabrında Ermənistan ordusu sərhədboyu ərazilərdə yenidən təxribatlar törədəndə və bunu müharibəyə çevirəndə bu dəfə qarşılarında güclü və qüdrətli Azərbaycan Ordusunu gördü. Qəhrəman əsgər və zabitlərimizi 44 gün ərzində düşmənə necə divan tutdularsa, işğalçılar silah-sursatlarını atıb qaçdılar.
Ermənistan rəhbərinin kapitulyasiya aktını imzalamasından bir gün sonra noyabrın 11-də hərbçilərlə görüşən qalib sərkərdə Prezident İlham Əliyev düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demişdi. 2003-cü ildə keçirilən prezident seçkilərindən bu günə qədər verdiyi bütün vədlərə layiqincə əməl edən dövlətimizin başçısı bu dəfə də öz vədinə sadiqliyini nümayiş etdirdi. Ötən il dekabrın 10-da keçirilən Zəfər paradında düşməndən qənimət kimi götürülən həmin texnikaların bir qismi nümayiş etdirildi. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürdü. Qısa zamanda görülən genişmiqyaslı işlər nəticəsində bu vəd də reallaşdı. Artıq açıq səma altında nadir park salındı və ilk ziyarətçisini - Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevi qəbul etdi.
Bu park bir daha Azərbaycan Ordusunun nə qədər güclü və peşəkar olmasından xəbər verir. Parka gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar ölkəmizə Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkanlar yaradır.
Bu park çox böyük tarixi əhəmiyyət daşıyır. Hər şeydən öncə erməni vandalizmindən xəbər verir. Ölkə başçısı qeyd edib ki, erməni vandalizmi insanlığa qarşı cinayətdir. Törədilmiş vəhşiliklər dəhşətlidir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi.
Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Müstəqillikdən dörd ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət törətdi, vəhşilik törətdi. Dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar vardı. Daha sonar baş verənlər vətəndaşlarımısa gün kimi aydındır. Yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət etdikcə Ermənistanın məğlub, Azərbaycanın isə Qalib ölkə olduğunun bir daha şahidi olacaqlar. Müstəqilliyin ilk illərində baş vermiş cinayətləri əsla unutmaq olmaz. Bir faktı da qeyd edək ki, biz haqq işi uğrunda, ərazimizin beynəlxalq səviyyədə tanındığı ərazi bütövlüyü uğrunda mübarizə aparmışıq. Dövlət başçımızın düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq.
Ordumuzun 44 gün sürən Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazandığı tarixi Zəfərinin əyani vasitələrlə nümayiş etdirilməsi, eyni zamanda da şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi baxımından paytaxtda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması, Hərbi Qənimətlər Parkının salınması olduqca mühüm məsələ idi. Bu yöndə Bakıda Hərbi Qənimətlər Parkının açılışını yüksək qiymətləndirirəm.
Şəfəq Məmmədova,Cəlilabad rayonu Privolnoye kənd kitabxanasının müdiri
Xüsusi muxbir Səmil Şahlaroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
Müəllim – gələcəyə işıq saçan insan!
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
Cəbrayılın qürur səhifəsi
Qələbələrimizin siyasi təməli
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
Cəbrayılın qürur səhifəsi
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
Ümummilli Liderin dəyişməz siyasi kursu
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
Vətənə sədaqətlə xidmətin nümunəsi
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY