Salyanda şəhid bulağının açılışı olub
Salyanda şəhid bulağının açılışı olub
Salyan rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.
Kanal4.az xəbər verir ki, bu gün şəhid Daşdəmirov Elmar Seymur oğlunun adına inşa edilən bulağın açılışı olub.
Açılışda Salyan rayonu icra Hakimiyyetinin müavini YAP Salyan rayon təşkilatının sədri Rəşhad Cəbrayılov ,AVP sədri Fəzail Ağamalının köməkçisi Xidmət Orucov Şəhid ailələri və Qazilərlə iş üzre şöbəsinin müdri Rəşad Kərimov Ana Vətən Partiyasının Salyan rayonun Qadınlar şurasının,Sədri Zehra Abbasova və şəhidin doğmaları, döyüşçü yoldaşları, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhid Elmar Daşdəmirovın qısa, lakin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub.
Qeyd edək ki, Elmar Daşdəmirov 23 Noyabr 2001-ci ildə Salyan Rayonun Qarabağlı kəndində doğulub.
Daşdəmirov Elmar Vətən müharibəsi başlayan gündən Cəbrayıl və Füzuli Suqovuşan istiqamətlərində gedən döyüşlərdə əsl qəhrəmanlıqlar göstərib. 18 noyabr Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Kanal4.az
Emin Xuduyev

.