Vətən mûharibəsi haqq və şərəf mübarizəmizin şanli salnaməsi kimi tarixə əbədi yazilacaq..
Azerbaycan tarixi zəfəri,30 ilə yaxin işğal altinda qalmiş torpaqlarimizin azad edilməsi,ölkəmizin ərazi bütóvlüyünün bərpasi ilə başa çayan Vətən müharibəsinin sədasi bütün ölkələrə səs saldi.
Ali Baş Komandan Ilham Əliyevin rəhbərliyi ilə şanli ordumuzun,rəşadətli əsgər və zabitlərimizin bizə bəxş etdiyi qabiliyyətdən ötən hər gün onun tarixi önəmini daha da artirir.Vətən mûharibəsi haqq və şərəf mübarizəmizin şanli salnaməsi kimi tarixə əbədi yazilacaq.Bu müqəddəs savaşin bütün şəhid və qazilərinə bir ömür borcumuz var.Azərbaycan xalqinin illərdir gözlədiyi,bu yolda canini fəda edən Vətən övladlarinin əziz xatirəsini də yad edir və əbədiyyən qəlbində yaşadacaq.
Cənab prezident dekabrin 3-də “Vətən Müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqinda”sərancam imzalayib.Dövlət başçisinin digər sərancami ilə Vətən müharibəsində həll edici rol oynayan və düşmənin kapitulyasiyasini labüd edən qalibiyyət-Şuşanin düşmən əsarətindən qurtarildiği 8 Noyabr tarixi Azərbaycan Respublikasinin Zəfər Günü elan edilib.Məhz Şuşa zəfəri işğalçi Erməninstanin öz mĕğlubiyyətini etiraf etməyə və işğal altinda saxladiği Kəlbəcər,Ağdam və Laçin rayonlarini da Azərbaycana qaytarmağa məcbur etdi.
Qarabağin taci olan Şuşa şəhərinin azad edilməsi,dünya hərb tarixinə düşmüş unikal hərbi əməliyyatlardan biridir.30 ilə yaxin həsrətində olduğumuz torpaqlarimiz şəhidlərimizin qani və cani bahasina işğaldan azad edilib.Sözsüz ki,biz bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasinin şahidi və xoşbəxt iştirakçiyiq.44 günlük müharibənin hər bir günü zəfər günü idi.44 günlük müharibə xalqimizin bütün mənsublarini istər ölkədə,istərasə də onun hüdudlarindan kənarda bir yumruq kimi səfərbəy edib birləşdirdi.Qeyd edim ki,Vətən müharibəsində parlaq qələbəmiz tarixən qalximiza xas olan ədalətə inami artirdi.
Cənab prezident Ilham Əliyevin Dəmir Yumuruğu daha da güclü daha yenilməz birlik və güc rəmzinə çevirdi.Bir yumruq kimi birləşən xalqimizin həm öz möhtəşəm birliyi ilə,Ali Baş Komandanin ifadəsi ilə desək,düşmənin başini əzdi.Yumruğumuz daim başlarinin üstündə olmalidir ki,Prezidentimizin dediyi kimi,bizim tərəfə baxmağa belə cəsarət etməsin.
Əminəm ki,44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik Vətənimizin bundan sonra da etibarli müdafiəsində və qarşisindaki genişmiqyasli quruculuq islərində öz bəhrəsini verəcəkdir.
Həziyeva Dünya Neftçala rayon sakini,Müəllim