Salyanda şəhidlərin xatirəsinə ucaldılmış kompleks istifadəyə verilib-FOTO
Açılışda Millət Vəkili Fəzail Ağamalının tapşırığı ilə köməkçisi Xidmət Orucov və Ana Vətən Partiyası Salyan rayon Qadınlar Şurasının üzvləri iştirak etdilər.
Salyan rayonunun Çuxanlı kəndində I Qarabağ və Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsinə kompleks abidə ucaldılıb. Kompleksdə 5-i birinci, 2-si isə Vətən müharibəsində şəhid olmuş çuxanlılı şəhidlərin barelyefi həkk edilib.
Bu gün həmin abidənin açılış mərasimi olub. Açılış mərasimində şəhidlərin yaxınları, Rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdə Qarabağ torpaqları uğrunda əsl qəhərmanlıq göstərərək şəhadətə ucalmış şəhid oğullarımızın şücaətidən, onların igidliyi sayəsində işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayraqlarımızın ucaldığından söz açılıb. Şəhidlərimizin xatirəsi xalqımızın qan yaddaşında əbədi qalacağı xüsusi vurğulanıb.
Abidə önünə əklilər və təzə-tər çiçəklər düzülməklə şəhidlərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Kanal4.az
Emin Xuduyev











