Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
SİYASƏT
27 Sentyabrın Tarixi Çağırışı 
SİYASƏT
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
SİYASƏT
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
SİYASƏT
Biz bu torpaqlarda əbədi olacağıq
SİYASƏT
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
SİYASƏT
27 Sentyabr — yaddaşın susmadığı gün
SİYASƏT
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
SİYASƏT
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
SİYASƏT
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
SİYASƏT
Anım Günü dərin ehtiramın ifadəsidir
SİYASƏT
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
SİYASƏT
Azərbaycan Sənayesində Yeni Mərhələ
SİYASƏT
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
SİYASƏT
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
SİYASƏT
Yeni layihələr yeni imkanlar yaradır
SİYASƏT
Təbiət ən böyük sərvətimizdir
SİYASƏT
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
SİYASƏT
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi

“GülSam” Əlillərin Reablitasiya İctimai Birliyi Prezident və Vitse-Prezidentə müraciət etdi

2020-03-27 18:25:00 68 baxış
Xəbər şəkil

Gülnarə Səlimova: "Bizə bu xoşməramlı layihənin həyata keçirilməsi üçün kömək edin"

Artıq üç ildir ki, “GulSam “Əlillərin Reablitasiya İctimai Birliyinin əlil və sosial təminatı zəif olan insanların işlə təmin olunması və həyat şəraitinin yaxşılaşdırılması, cəmiyyətə adaptasıyasının təşkili və təminatında yüksək rola malik ola biləcək Tikiş Fabrikinin açılıışı ilə bağlı hazırladığı layihənin həyata keçirilməsi son anda qeyri-müəyyən səbəblər üzündən dondurulub. Hansı ki, bu fabrik necə-necə əlil, şəhid ailələri, sosial imkanları zəif olan insanların işlə təmin olunması, həyat güzəranının dəyişməsi üçün gözəl bir başlanğıc və nümunə ola bilərdi.

Baxar.az Versus.az-a istinadən bildirir ki, bu barədə məlumat verən “GülSam” Əlillərin Reablitasiya İctimai Birliyinin sədri Gülnarə Səlimova bildirib ki, fabrikin uğurlu fəaliyyəti üçün layihə proqramı və fabrik üçün tələb olunan bütün sistem işlənib, hesablamalar aparılıb, hətta iş elanları belə verilib. Eləcə də işçi personalı, istərsə də fabrikdə istehsal olunacaq malların satışının təminatı ilə bağlı sifarişçi təşkilatlar da hazırdır.

O zaman əlillərin böyük zəhmət hesabına ərsəyə gətirdiyi bu işin dayandırılması kimin mənafeyinə uyğundur. Və yaxud bir əlilin öz əməyi ilə evinə bir parça çörək aparması, maddi-mənəvi təlabatını öz zəhməti ilə ödəyə bilməsi kimin maraqlarına, yaxud “cibinə” ziyan verə bilər? İstər-istəməz sual yaranır: fabrikin açılışı üçün önə çəkilən səbəblərdən biri kimi “qanun icazə vermir”disə, o zaman əlillərin irəli sürdüyü təşəbbüs, işlənilən proqramlar niyə ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəstəklənirdi?

Gülnarə Səlimova bildirib ki, bu məsələ bir sıra nazirliklər tərəfindən dəstəklənib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təşəbbüskar əlillərlə görüşü zamanı fabrikin açılışı ilə bağlı layihəni, onun verə biləcəyi töhvələri yüksək qiymətləndirib. Bir sözlə, layihə bəyənilib, dəstəklənib, amma tikinti fabrikinin işləməsi üçün ayrılacaq vəsait hələ də verilmir, məsələ hələ də uzadılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin yüksək rəyi əsasında dəstəklənən bu layihənin birdən-birə dondurulması, ortaya çıxan bürokratik əngəllər layihə rəhbərlərini, eləcə də fabrikdə işlə təmin olunacaq neçə-neçə əlilin, sosial təminatı zəif olan insanların, şəhid ailələrinin nigarançılığına səbəb olub.   

Bu layihənin ən maraqlı və cəlbedici, qürurverici tərəfi ondan ibarətdir ki, fabrik məhz əlil arabasında olan gənclərin öz təşəbbüsləri ilə həyata keçirilir. Belə bir işin qarşısını almaq insanlığa qarşı davranışın sərgilənməsindən ötə bir şey deyil.

Əlillərin həyata keçirdiyi bu layihə bütövlükdə insanlığa gözəl nümunədir. Belə bir layihənin həyata keçirilməsi əlil insanların cəmiyyətə adaptasiyası prosesində, onlara verilən mənəvi dəstək, eləcə də maddi baxımdan təmin olunmaları üçün yüksək əhəmiyyətə malikdir. Bu mənada yüksək instansiyalı orqanların bu məsələyə yanaşmada daha diqqətli olmalarına xüsusi ehtiyac və zərurət var.

Axı bu Tikinti fabrikinin açılışı neçə işsiz əlilin, sosial təminatı aşağı olan ailələrin, şəhid ailəllərinin həyata tutundurar, onlara cəmiyyətə lazmlı olduğunu hiss etdirməklə yanaşı yaşamaq həvəsini artırar, insanların sevincinə səbəb ola bilərdi. Əslində belə təşəbbüslər fiziki məhdudiyyəti olmayan, kifayət qədər imkanlı adamlar tərəfindən açılmaqla əlillərə hədiyə edilərdisə, daha gözəl və xeyirli bir bir iş olardı.

Lakin əlillər aciz deyil, sadəcə fiziki məhdudiyyətləri var. Əgər belə bir işi həyata keçirmək gücləri varsa, onlara əngəl törətmək əvəzinə, dəstək durmaq lazımdır və bu, bütövlükdə dövlətimizin inkişafı, çiçəklənməsi, ümumilikdə insanlığın zəfəri ola bilər...

Gülnarə Səlimova başladıqları bu işin uğur qazanması, neçə-neçə insana sevinc bəxş etməsi naminə aidiyyatı orqanlardan dəstək göstərmələrini, bu işə laqeyd yanaşmamağı xahiş etdi. O, ilk növbədə Prezident İlham Əliyev cənablarına və vitse-prezident Mehriban xanım Əliyevaya səsləndi: "Bizə bu xoşməramlı layihənin həyata keçirilməsi üçün kömək edin"

 

SEVDA
Versus.Az





Oxşar xəbərlər


Xəbər lenti
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28
27 Sentyabrın Tarixi Çağırışı 
2026-09-26
27 Sentyabr - Vətən Məhəbbətinin Şərəf Zirvəsi
2026-09-26
Tarixi Zəfərə və Tam Suverenliyə Gedən Yolun Başlanğıcı
2026-09-26
Biz bu torpaqlarda əbədi olacağıq
2026-09-25
Azərbaycan dağ-mədən sənayəsində yeni mərhələyə qədəm qoyur
2026-09-25
27 Sentyabr — yaddaşın susmadığı gün
2026-09-25
Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu - Bəyanat
2026-09-25
Vətən müharibəsi şanlı tariximiz, şəhid və qazilərimiz qürur mənbəyimizdir
2026-09-25
Tarixi ədalətin bərpasına aparan yol və Azərbaycanın haqq mübarizəsi
2026-09-25
Anım Günü dərin ehtiramın ifadəsidir
2026-09-25
Azərbaycan əvəzolunmaz tərəfdaşa çevrilib
2026-09-25
Azərbaycan Sənayesində Yeni Mərhələ
2026-09-24
2027–2030 Dövlət Proqramı və Qeyri-Neft Sektorunun İnkişafı
2026-09-24
Dağ-Mədən Sənayesində 4 İllik Sürətli İnkişaf Dövrü
2026-09-24
Yeni layihələr yeni imkanlar yaradır
2026-09-24
Təbiət ən böyük sərvətimizdir
2026-09-24
Sərvətlərimiz inkişafın yeni dayağına çevrilir
2026-09-24
301 milyon manatlıq Vejnəli izi: Qarabağın sərvətləri necə talan edildi?
2026-09-23
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20