08 May 16:10 Azərbaycanın ən yeni tarixinin unudulmaz səhifəsi
Şuşa barbarlıqdan, vandallıqdan, yırtıcılıqdan, 27 il 6 aylıq həbsdən azad olundu.
Ali Baş Komandanımız Cənab İlham Əliyevin qətiyyəti, iradəsi, sərkərdəlik istedadı, qəhrəman Silahlı Qüvvələrimizin igidliyi xalqımızın mədəniyyət beşiyi olan Şuşanı özümüzə qaytardı.
Azərbaycanın zədələnmiş qürurunu aradan qaldıran, ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirən Cənab prezdentimiz İlham Əliyevlə, qəhrəman oğullarımızla fəxr edirik.
Kanal4.az xəbər verir ki, bunu "BUTA" körpələr evi - uşaq bağçasının rəhbəri Günay Ağamalı öz rəsmi facebook hesabında yazıb.
Şəhidlərimizin ruhu qarşısında baş əyir, onları dünyaya gətirən anaların əllərindən öpürəm.
Həsrətində olduğum, əlimizdən alınıb barbar ermənilərə verilən Zəngəzur torpaqlarının da bir gün xalqımıza qayıdacağı günün uzaqda olmadığı qənaətindəyəm. Bizi gözləyən bütün Zəngəzur torpaqlarına o cümlədən, Qara Kilsə, atamın doğulduğu Şıxlar kəndinə mütləq ki, qayıdacağıq.
Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Zəngəzur Azərbaycandır!
Günay Ağamalı”BUTA” xüsusi qayğıya ehtiyası olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri, AVP Qadınlar Şurasının sədri
