Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY

TƏBİB Perinatal Mərkəzdə araşdırmaya başlayır - “Xəstələr satılır” iddiası

2021-05-09 14:41:48 163 baxış
Xəbər şəkil

Respublika Perinatal Mərkəzinin (RPM) baş həkimi vəzifələrini icra edən Məryəm Rzayevanın səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz işlər gördüyü iddia olunur.

Bu şikayətlə “Qafqazinfo”ya Mərkəzin həkim kollektivi müraciət edib.

Müraciətdə qeyd olunub ki, Məryəm Rzayeva RPM-də monopoliya yaradaraq, Mərkəzə müraciət edən xəstələri özüylə əlbir olan həkimlərə müəyyən faiz qarşılığında satır:

“Respublika Perinatal Mərkəzində qəbul şöbəsi yoxdur. Qanunla bu olmamalıdır. Bizim mərkəzə müraciət edən xəstələr qeydiyyat şöbəsi tərəfindən aidiyyəti üzrə növbədə olan həkimlərə yönləndirilməlidir. Ancaq Məryəm Rzayeva RPM-in sabiq baş həkimi Sevinc Məmmədovanın dönəmindən qalan qanunsuzluğu davam etdirir. Məsələ burasındadır ki, RPM-də qeyri-qanuni olaraq qəbul şöbəsi yaradılıb. Qanunsuz olaraq yaradılan qəbul şöbəsinə isə nəzarəti Yamən Sultanova edir. Sağlıq ocağına gələn xəstələr Yamən Sultanovanın əliylə monopoliyada yer alan həkimlərə ötürülür. Hamiləliyin müalicəsi ilə müraciət edənlər yalnız Hamiləliyin Patologiya Şöbəsinin müdiri Vəfa Babayevaya, doğuş üçün müraciət edənlər isə həkim Kifayət Əzimovaya müəyyən faiz qarşılığında satılır, ya da Yamən Sultanova onları öz adına yazır. Bu həkimlər növbədə olmayanda da, onlar evdən çağırılıb gətirilir. Xəstələrdən alınan ödənişlərdən də monopoliyanı quran, baş həkim vəzifələrini müvəqqəti icra edən Məryəm Rzayevaya haqq verilir”. 

Həkimlər iddia edib ki, eyni problem ambulator poliklinka şöbəsində də davam edir:

“Həkimlərin işdə olmasına baxmayaraq, gələn xəstələrə “filan həkim işdə, şəhərdə deyil, o həkimi məsləhət görmürəm. Sizə daha yaxşı həkim verim” deyilərək, yenə hamilə qadınlar monopoliya quran həkimlərə yönləndirilir. Bir sözlə o şöbədə də alver davam edir. İş vaxtı 6 saatdır, amma Yamən Sultanova qeyri-qanuni olaraq 10 saat işdə qalır və öz qanunsuz əməllərini gerçəkləşdirir. Müəyyən pul qarşılığında Kifayət Əzimova üçün də məsul həkim vəzifəsi yaradılıb ki, bu da qanunsuzdur.  Ümumiyyətlə, səhiyyə sahəsində “Məsul həkim” məfhumu yoxdur. Belə olan halda xəstələrin doğuşu, əməliyyatı birbaşa onun nəzarətinə keçib. 8 həkim növbədə gözlədiyi halda, Kifayət Əzimova ancaq özü əməliyyatlara girir. Sonda isə yığılan pullar Doğum şöbəsinin müdiri Zəhra Cabbarovada toplanır və daha sonra Məryəm Rzayevaya verilir”.

Həkimlərin sözlərinə görə, dəfələrlə məsələ ilə bağlı narazılıqlarını bildirsələr də, qəbul şöbəsinin qanunsuz olması ilə bağlı etiraz etsələr də, bu özbaşınalıq davam edib.

“Yamən Sultanova özünə haqq qazandırmaq üçün dəfələrlə kollektivin içində etiraf edib ki, o, qeyri-qanuni fəaliyyət göstərən qəbul şöbəsində əyləşmək üçün keçmiş baş həkim Sevinc Məmmədovaya 10 min manat pul verib. Son günlərdə dövlətimiz tərəfindən səhiyyə sahəsində baş verən özbaşınalıqlarla bağlı çox ciddi ölçü götürülür. Biz də şəffaflığın təmin olunması üçün bu müraciəti etmək qərarına gəldik”. - deyə RPM-in həkim kollektivi bildirib.

Qısa arayış olaraq bildirək ki, 2009-cu ildə istifadəyə verilən Respublika Perinatal Mərkəzinin bundan öncəki direktoru Sevinc Məmmədova olub. O, 2020-ci ilin mayında yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Məryəm Rzayeva isə əvvəllər mərkəzdə Uşaq Reanimasiya Şöbəsinin müdiri, daha sonra isə direktor müavini olub. Sevinc Məmmədova işdən çıxarıldıqdan sonra, onun vəzifələrini Məryəm Rzayeva icra edib. 

Mərkəz bu ilin aprelindən TƏBİB-in tabeliyinə keçdiyi üçün quruma sorğu göndərdik.  TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib:

“Məsələ ilə bağlı sözügedən tibb müəssisəsində araşdırma aparılacaq. Eyni zamanda vətəndaşlardan xahiş edirik ki, neqativ hallarla bağlı sübutlar olduğu təqdirdə hüquq mühafizə orqanlarına müraciət etsinlər”.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29

2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28