İctimai Birliyin sədri Azərbaycan Xalqını Ramazan bayarmı münasibətilə təbrik etdi.
Təbrikdə deyilir.
Dəyərli soydaşlarım!
Sizi,Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.Allah edilən duaları,tutulan oruc və qılınan namazlarınızı qəbul etsin.
Uca Tanrı mərhəmət, humanizm, xeyirxahlıq kimi keyfiyyətləri bizlərə çox görməsin.
Bu müqəddəs bayram günündə Azərbaycanın milli - mənəvi dəyərlərinin qorunması və inkişafında əvəzsiz xidmətləri olmuş Ulu Öndərimiz Heydər Əliyevə Allahdan rəhmət, bütün varlığı ilə Azərbaycana bağlı olan və onun inkişafı üçün usanmadan çalışan Ölkə Prezidentimiz Cənab İlham Əliyevə möhkəm can sağlığı, ailə səadəti, çətin və şərəfli işində uğurlar, torpaqlarımızın azadlığı uğrunda şəhadətə qovuşan bütün qəhrəman oğullarımıza rəhmət, qazi qardaşlarımız can sağlığı diləyirəm.
Ötən ilki təbrikdə növbəti Ramazan Bayramını Qarabağımızda, Qədim Azərbaycan torpağı olan Zəngəzurda keçirtməyi Uca Tanrı bizlərə nəsib etməsini diləmişdim. Ulu Tanrı bu ilki Ramazan bayramını Qarabağımızda keçirtməyi nəsib etdi, 2022 - ci ildə Ramazan bayramını Zəngəzurda keçirtməyi nəsib etsin.
Ramazan Bayramınız mübarək!
Günay Ağamalı”BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri, AVP Qadınlar Şurasının sədri
