Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY

AYAQLAŞA BİLİRİKMİ?

2021-05-18 19:26:34 557 baxış
Xəbər şəkil

Bəşəriyyətin keçdiyi yolu ümumiləşdirsək, görün necə mənzərə yaranır: 

Aqrar dövr – əsas struktur istehsala heç nə verməyən, lakin ona sahib çıxan monarxiya, ordu, kilsə və digər dini idarəçilik strukturları idi.

Sənaye dövrü – əsas struktur ağır sənayenin inkişafı firma və korporasiyalar idi.

Postsənaye dövrü - əsas struktur bilgini, bilim adamlarını, bilən adamları yaradan və paylayan universitetlərdir.

Aqrar dövr özündən əvvəlkinə nisbətən artıq irəli bir cəmiyyət idi. Amma bəşəriyyət özünün aqrar dövründə, yəni əhalinin böyük əksəriyyətinin kənd təsərrüfatı ilə məşğul olduğu dövrdə daha böyük, daha dəhşətli aclıqlar yaşamışdı. “Yağmadı yağış, bitmədi qamış” dövrü idi. Hətta onu da demək olar ki, sənaye dövrü aclıqlara qarşı yarandı. Təhsilə də aclığa qarşı düşünülmüş layihə kimi baxmaq olardı. Sənaye özünün yeni üsul və qurğuları ilə istehsalı artırmalı, aclığı da yox etməli idi. Maarifçi baxışlarda xeyli mənəvi və ictimai hədəflər də vardı. Amma sənaye dövründə təhsilə əsasən əməyi həyata keçirənləri hazırlamaq vasitəsi kimi baxırdılar. Təhsil sənaye üçün işçilər hazırlayırdı.

Aqrar dövrün arxada qalması kənd təsərrüfatının aradan qalxması deyildi, amma indi ona da yardımçı olan və yalnız onunla kifayətlənməyən yeni istehsal sahələri – sənaye yaranmışdı. Üsullar, qurğular, gübrələr, vasitələr yardıma gəlmişdi. Sənayeyə yaxından yardımçısı olan yeni təhsil modeli də yaranmışdı.

Sənaye dövrü postsənaye dövrünə yaxınlaşanda artıq aclığa kifayət qədər qalib gəlinmişdi. Aclıq tamam yox olmamışdı, amma ondan qurtulmağın yolları tapılmışdı.

Yeni situasiya və yeni istehsal sahələri yaranmışdı. Əhalinin daha çox hissəsi artıq sənaye və aqrar sektorda çalışmırdı. Xidmət sahələri böyümüş, yeni növ məhsulun istehsalına başlanılmışdı. Bu məhsulun adı bilgi idi.

Yəni postsənaye dövrü gəlmişdi. Onu bilği çağı, informasiya cəmiyyəti adlandırmaq olardı...

Gördünüzmü, sənaye dövründən sonra təhsilin modeli və rolu necə dəyişdi. Sənaye dövründə təhsil sənayeyə, əməyə bağlı idi. Postsənaye dövründə o müstəqil və mərkəzi mövqedədir.

Bu gün təhsil klassik maarifçilərin dediyi mənəvi vəzifəni də yerinə yetirir, sənaye dövründəki kimi işi bilən əməkçilər də yetişdirir, ən başlıcası, bilgi istehsal edir və bu bilgilərlə yeni dövr yaradır.

İndi yeni dövr də o qədər tez gəlir ki, asanlıqla demək olar - gələcək daha tez ortaya çıxır. Dünən sehrli güzgü ilə danışmağı nağıl edən adamlar bu gün ağıllı telefonlarla videogörüntü ilə danışmağı adi hal sayır.

100 il bundan qabaq orta ömür əksər ölkələrdə 30 yaşın civarında idisə, bu gün Avropada orta ömür 80-ni ötüb. Nə vaxtsa kralların ailəsində uşaq ölümü o qədər çox idi ki, varis tapmaq çətin olurdu bəzən. Bu gün isə normal ölkələrdə bu göstərici 1%-in altındadır.

Tarix boyu Azərbaycanda ürək və qəlb barədə yalnız gözəl şeirlər yazılırdısa, bu gün ürək köçürmə əməliyyatları həyata keçirirlər.

Harvardlı alim Deniel Bell 1959-cı ildə “Postsanəye” anlayışını bizə bəxş edəndə yəqin ki, yeni dövrün bu qədər böyük üfüqlərə sahib olacağını düşünməzdi.

İndiki dövr insanı bütün bəlalardan qurtarmaq və ya daha böyük imkanlara sahib olmaq dövrüdür. Və gördünüz ki, təhsil bu dövrün mərkəzində dayanıb. Universitetlər yeni dövrün baş müəssisələridir. Rəqabətə davamlılıq, sürət, məhsuldarlıq, innovasiya və az qala hər fayda oradan gəlir, təhsildən gəlir.

Kimlərsə bu dövrlə hələ yaxşı ayaqlaşa bilmirsə, o demək deyil ki, bu dövr uğurlu deyil.

Sadəcə, Ayaqlaşmaq dövrüdür.

Bəşəriyyət 3 sənaye inqilabını yaşayıb. Hazırda dünyada dördüncü sənaye inqilabı baş verir. Azərbaycan Prezidenti İlham Əliyevin 06 yanvar 2021-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Dördüncü sənaye inqilabı ifadəsini ilk dəfə Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab işlədib. K. Şvab özünün “Dördüncü sənaye inqilabının texnologiyaları” adlı sonuncu kitabında yazır: “Dördüncü sənaye inqilabı ilk mərhələdə olduğundan bizdən asılıdır. Yeni texnologiyaların tənzimlənməsi üçün ictimai və qanunvericilik normaları yenidən formalaşır. Bizim həyatımızı dəyişən texnologiyaların inkişafında hamının iştirakı vacibdir. Bu keçid dövründə hamımızın üzərinə böyük məsuliyyət düşür. Bizim imkanlarımız var ki, yeni texnologiyaları ümumi mənafeyimizə yönəldək. Biz bunu insan ləyaqətinin qorunması və ətraf aləmin mühafizəsinə yönəltməliyik. Bu da ayrı ayrı fərdlərə, cəmiyyətlərə və hökumətlərə birbaşa təsir edən texnologiyaların dərindən əxz olunmasını və yeni təfəkkür tərzini tələb edir.” Hətta, 7 bənddən ibarət “Gənc alimin etik kodeksi” də müəyyənləşdirilib.

Dördüncü Sənaye İnqilabı da ayaqlaşmağı tələb edir. 

Ayaqlaşa bilirikmi?

Kanal4.az

Emin Xuduyev.

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29

2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28