Ulu Öndər Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər hər birimizin andına çevrilib....
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” Ulu Öndər Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər hər birimizin andına çevrilib. Hər bir Azərbaycanlı andına sadiq olmalıdır.
Ölkəmizdə uşaqların müdafiəsi, onlara diqqət və qayğının göstərilməsi istiqamətində geniş miqyaslı işlər görülür. Ölkə Prezidenti Cənab İlham Əliyevin sayəsində uşaq və gənclərin hərtərəfli inkişafı üçün görülən işlər genişlənməkdədir.
Bu fikirləri Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri, Ana Vətən Partiyası Qadınlar Şurasının sədri Günay Ağamalı öz facebook səhifəsində paylaşımda qeyd edib
Ulu Öndər Heydər Əliyevin ideyalarını yaşadan Heydər Əliyev Fondunun prioritet istiqamətlərindən biri də məhz uşaqların uğurlu gələcəyinə söykənir. Fondun Prezidenti, Birinci Vitse - Prezident Mehriban Xanım Əliyevanın, fondun Vitse prezidenti Leyla Xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan, qaçqın və məcburi köçkün, şəhid və qazi ailələrindən olan uşaqlara diqqət, qayğı və mərhəmətlə yanaşmaları hər birimizə nümunədir.
Uşaqlara sevgimizi bir gün deyil, hər gün göstərməliyik. Onlardan qayğımızı hər gün əsirgəməməliyik, hər gün onların nə qədər dəyərli və bizim üçün əvəzolunmaz olduqlarını onlara bildirməliyik. Fidanlarımızı bağrıma basır, qucaq dolu sevgimi yetirirəm.
İnsan ruhunu dincəldən, dünyanın bütün pisliklərindən uzaq, səmimi, sevgilərinin qarşılığında təmənna gözləməyən balalarımızın 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü mübarək!
Əziz və istəkli uşaqlarımıza sağlam, milli ruhda böyüməyi diləyirəm!
Kanal4.az
Emin Xuduyev.