Salyanda şəhidin, xatirəsinə ucaldılmış bulağın açılışı olub
Salyan rayonunun Sarvan kəndində. ll Vətən müharibəsi savaşında şəhid olmuş kənd sakini Babayev Alməmmədin xatirəsinə ucaldılan, bulağın açılışı olub.
Açılışda Salyan Rayonun İcra Hakimiyyətinin birinci,müavini.Şəhid ailələri və Qazilər,iş üzrə şöbəsinin rəhbəri Rəşad Kərimov.Milli məclisin Deputatı Fəzail Ağamalının,Köməkçisi Xidmət orucov, rayonun Hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə “Şəhidlər bulağı”nı ziyarət edib, abidə önünə çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Sakinlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Salyan rayonunun digər kəndlərində də belə bulaqların tikintisinin aparılması davam edir.
Kanal4.az
Emin Xuduyev



