Azərbaycanın tarixində igid, cəsur, qeyrətli diplomat xanımlar çox olub...
Azərbaycanın tarixində igid, cəsur, qeyrətli diplomat xanımlar çox olub. Amma indiyədək Azərbaycanı beynəlxalq aləmdə Mehriban xanım Əliyeva kimi təbliğ edən, tanıtdıran ikinci qadın olmayıb. Siyasəti mərhəmət, şəfqət amilləri ilə zənginləşdirən, XXI əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva bu işin öhdəsindən böyük məharətlə gəlib. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa sevgi dayanır. O, bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır.
Tanrı insana yar ola bilər, ona gözəl tale qismət edə bilər, amma o, tam kamilliyə xalqın alqışı, duası ilə çatır. Mehriban Əliyevanın Vətənə, xalqa xoşməramlı xidmət amalının dəyişməz qalması təsadüfi deyil. Bu, eyni zamanda, həyat prinsipləri ləyaqət, mərhəmət, intellekt və mehribanlıq olan Azərbaycanın birinci xanımının əxlaqi ideallara sadiqliyindən, son dərəcə təbii olmasından, onun daxili dünyasının mənəviyyat bulağına bənzəməsindən qaynaqlanır.
Xanım Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavini kimi ictimai-siyasi proseslərdə fəal iştirak edib. Onun fəaliyyət dairəsi o qədər hüdudsuz, zəka işığı o qədər parlaqdır ki, gördüyü işləri təsnifatlaşdırmaq qeyri-mümkündür.
Ad Gününüz Mübarək Əziz Xanim.
Hörmətlə; Sizin İdeyalogiyanizi sevən, və dəstəkləyən İMZA Könüllüsü Altun Süleymanov.