Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY

Vətəni Çiynində yaşadan Şəhidlər..

2021-07-05 12:46:24 280 baxış
Xəbər şəkil

30 ildi xalqımızın qəlbini göynədən Vətən yarasi var idi.O yara ki, illər bir birini əvəz etdikcə, bir qədər də dərinləşib, daha çox qanayırdı. Hər kəsin eyni anda çəkdiyi Vətən dərdi doğulan hər bir azərbaycanlı ilə bərabər böyüdü və dünənini unutmayan xalq olaraq sabahımızın işıqlı olmağı ücün,yaşadıqlarımızı unutmadan yaşadıq.Bir gün o yaşadıqlarımızın intiqamının alınacağı günün çatacağı düşüncəsindən bir an belə uzaqlaşmadıq. Bəli, o gün çatdı.Bu qədər çətinliyi qət edib iradəsi, gücü, əzmkarlığı ilə vətən naminə yaşayan bir qəhrəmanların keçdiyi döyüş yolu qalibiyyətə gəlib çatdı. Biz qalib xalqa cevrildik.Amma qəlbimizdəki Vətən yarası sağalsada  dərd üstünə başqa dərd gəldi.....

Şəhidlər.........

Sizin haqqınızda fikir formalaşdırmağa ən mükəmməl sözlərlə ifadə olunmuş cümlələr belə, yetməz!...Kimi Vətənin çiynində yaşayır, kimi də Vətəni çiynində yaşadır. Vətənin çiynində yaşayanlar onun bütün nemətlərindən bol-bol bəhrələnirlər. Vətəni çiynində yaşadanların qazancı isə xalq sevgisidir. Bu sevgidə təmənna, umacaq yoxdur.Ancaq onların ruhu qarşısında borcumuz var. 44 günlük Vətən müharibəsində şəhid olan oğulların ruhu başımız üzərində dolaşırkən,  döyüşdən yaralı, yarımcan dönən qazilərin, ilk gündən döyüşə yollanan, amma hələ də dönməyən, Vətənə xidmətini davam etdirən oğullarımın qarşısında özümü borclu sayıram.Bu borca Allah sevgisi, vətən sevgisi, millət sevgisi kimi bərabər səviyyədə yanaşmağı bu yanaşmanın içində igidlərin qibləgahını, ailələrini ziyarət etməyi və sonra  bədii sözün gücü ilə fikrin obrazlı ifadəsində bu boyda gerçəkliyin aydın mənzərəsini yaratmaqla yanaşı, oxucuda vətən sevgisini bir qat da göyərtməyi həqiqətən də, özümə borc bilirəm..
Şəhid haqqı heç zaman ödənə bilməz!
Bütün xalq kimi müharibə başlanan gündən Vətən oğullarının şəhid ruhunun zəfərini,  qazilərin can acısı ilə daşıdığı qələbəni ruhuma, canıma hopdurdum. Son nəfəsimə qədər sevə-sevə, bir az da ağrıyaraq daşıyacam.Məhz bu sevgini, bu ağrını aşıb şəhidlər haqqında yazacağım kitabı yazmaqda indi çətinlik çəkirəm.Son 2 gündə şəhid ailələri ilə görüşdə yaşadığım dərin hüznlə özümü inandırmağa çalışıram ki, hələ mənim bu mövzuda yazacağım kitabın zamanı deyil, - hələ yara təzədi, ürək sızıltılarının, göynərtilərinin şiddəti fikirlərimin kəsərini dərk etməkdə qəhrəmanımın əzizlərinə, dostlarına, el-obasına, eləcə də özümə mane olacaq. Qoy, yara soyusun, - deyirəm amma  bəlkə bir gün yaza bildim. Bu, nə zaman olar bilmirəm?!  Sabahdan da başlaya bilərəm, daha sonrakı həftələrdə, aylarda da. Bu gün isə yazacaqlarımın bu günümün təəssüratlarıdı...

Yarımçıq qalan arzuları kimi, yarımçıq qalan həyatlarından geridə qalanlar..

Şəhid ailəsi....

Bugün bir necə şəhid ziyarətindən sonra ailələri ilə görüşdüm...
 Oğul itkisinin, oğul dağının yumağa döndərdiyi ailələr...
Gözlərində min ilin qüssəsi, üzündə dərdin, faciənin sarsıntısı ailələr...
Bir atanı kədərlə seyr etdim... çəkilməz dərdin altına verdiyi çiyinləri əyilmiş, beli bu dərd dağının ağırlığından bükülmüş bir atanı...
Bir anayla qarşılaşdım... yaşı qurumuş gözlərinin dibinə fağır çarəsizliyin sarılığı çökmüş anayla...

"Balam" deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası,
Ucalarda saxlayar, tökülən qan bayrağı.
Göylərin göy qurşağı, Azərbaycan bayrağı!
 
Bala dağı... Allahın ən böyük sınağı, imtahanı! İnsan oğlunun ən ağır yükü, ağrısı... İnsanı korun-korun içindən yandıran, görünməyən tüstüsünü təpəsindən çıxaran dərd.
Anaların üz-gözündən hiss olunurdu ki, bala dərdi onları göynədir, Öz dünyalarına qapılaraq şəhidinə hesabat verir, bəlkə də xəyalında Vətəndən uçub gələn quşlardan 
balası barədə soraq alır........
Şəhidlərin qədəri-qisməti eynidir, amma hər biri ayrı ayrılıqda bir qəhrəmanlıq dastanıdır!!!
Həyat hekayələrindən yamanca kövrəlmişəm. Göz yaşlarıma hakim ola bilmirdim. Başımı qaldırıb, qarşımda gözlərində dərin kədər, çiyinlərində daşıya bilməyəcəyi yük olan ailələrə baxa bilmirdim.Bizi bağışlayın, oğul toyu görməyən, oğul övladlarının " atam nə vaxt gələcək?!" sualına cavab verə bilməyən analar, bizi bağışlayın barmağında nişan üzüyü nakam məhəbbətini xatırladan gözəllər, bizi bağışlayın, qara yaylıga bürünən gəlinlər, bizi bağışlayın ata közü ürəyində gəzdirən fidan balalar,bizi bağışlayın qardaş toylarına saxladığınlz qırmızı örpəyi taleyin qarası hopmuş örpək ilə əvəzləyib, başlarına salan şəhid bacıları....Başınızı və qəddinizi həmişə və hər yerdə dik tutun.Sizin oğlunuz, atanız, həyat yoldaşınız, qardaşınız, sevdiyiniz Azərbaycan hərb tarixinin bir parçasıdır artıq. Bununla öyünmək şərəfinisə ancaq qəhrəmanlar əzizlərinə, Millətinə, Vətəninə verə bilər.
Düşüncələr məni uzaq-uzaq yerlərə, bir tərəfdən fəxr, iftixar, digər tərəfdən ağrı dolu keçmişlərə aparır. İçində bir acı, göynərti baş qaldırır. Təəssüflərdən və təsəllidən başqa deyiləsi nəsə qalmır. Təsəlli üçün söz tapmaq o qədər çətindir. Qələmə aldıqca belə göz yaşlarımı saxlaya bilmirəm.Düzü, göz yaşlarımdan da utanıram.Cünki şəhadətə yüksəlmiş, həmişə yaşayacaq cənnət əhli oğulları ağlamazlar axı....!
Nə qədər ağır olsa da bu ağırlığı çəkdiz Vətən oğulları.Ağırlığı çəkdiz və 30 il ərzindəki bütün şəhid  olan qardaşlarınızın şərəfi artdı, ruhu öyündü, rahatlandı.. Bizim də illərin çiynimizdə olan haqqı tamamilə yüngülləşdi. 
“Vətəni sevmək imandandır!” deyiblər! 
Şəhid qardaşlarım!!! 
İmanlı, təmiz, pak ruhunuzun qarşısında baş əyir, adınızı böyük ehtiramla ainırıq!
Şərəfinizlə müqəddəs şəhidlik zirvəsinə yüksələn igidlərimiz,sizlər qədirbilən xalqımızın qəlbində daim yaşayacaqsız!
Haqqınızı halal edin!
Ruhunuz şad olsun!
Başın sağ olsun Azərbaycan xalqı!

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29

2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28