Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY

Bölgələrdə “yol”u gözlənilən ELEKTRON XİDMƏTLƏR: Əyalətdəki vətəndaşlar rəqəmsal texnologiyadan necə yararlanır?

2021-07-24 20:25:42 163 baxış
Xəbər şəkil

 

 

 

Durmadan inkişaf edən müasir dünya modeli, heç şübhəsiz, texnoloji yeniliklər sayəsində bərqərar olub. Bu baxımdan, modernizasiya prosesinin həyata keçirilməsi bir çox cəhətdən faydalıdır. Demək olar ki, bütün dövlətlərin məlumatları və təklif edilən xidmətləri elektronlaşdırılmış formada vətəndaşa təqdim etməsi də bu faydalılıq əmsalından qaynaqlanır.

Son 50 ildə yeni nəsil texnologiyaların dövlətin vətəndaşlara təqdim etdiyi xidmətlərdə istifadə edilməsi sözügedən xidmətlərin yeni inkişaf modelinin yayğın xarakter almasını tətiklədi. Bu mənada, dövlət tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması da demokratik və şəffaf cəmiyyət quruculuğunun müasir göstəricisidir.

Sevindirici haldır ki, Azərbaycan da vətəndaşlara elektron xidməti yüksək səviyyədə təqdim edən ölkələr sırasındadır. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzə Dövlət Agentliyinin qurulması, agentlik tərkibində “Asan xidmət” mərkəzlərinin fəaliyyət göstərməsi dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin təşkilində innovativ texnologiyaların və metodların tətbiqi ilə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ciddi addım oldu. Bununla da ölkəmizdə “vətəndaşlara xidmət” anlayışı yeni bir məna qazandı.

Burada bir şeyi diqqətə almaq lazımdır ki, qeyd edilən qurumların iş prinsipi “innovativ texnologiyaların tətbiqi”nə əsaslanır. Belə olan halda, ölkə üzrə, xüsusilə də bölgələrdə vətəndaşların texnoloji yeniliklərdən nə dərəcədə yararlana bildiyi, rəqəmsal xidmətlər haqqında hansı məlumatlara sahib olduğu əsas faktor kimi çıxış edir.

Ağıllı kompüter və telefonların sürətlə yayılması internet infrastrukturunun ciddi ölçüdə inişafına tkan vermiş, məlumat və xidmətlərin sərhədsiz şəkildə təklifini ön plana çıxarmışdır. Lakin texnoloji yeniliklər fonunda rəqəmsallaşmaya doğru atılmış addımların daha da genişləndirilməsinə, bununla da vətəndaş məmnunluğunun artırılmasına ehtiyac var.

Bu bir faktdır ki, ölkə üzrə informasiya və kommunikasiya texnologiyalarından istifadə daha çox böyük şəhərlərdə yayğındır. Lakin regionlarda internet infrastrukturu və yeni texnologiyalardan istifadə ilə bağlı bir sıra çətinliklər hələ də özünü göstərməktədir. Bu da region insanlarının texnologiyaya məsafəli və çəkingən davranışından qaynaqlanır.

Azərbaycanda rəqəmsallaşma istiqamətində atılan addımlarla və mövcud durumla bağlı sahə mütəxəssislərinə müraciət etdik.

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkədə rəqəmsallaşma ilə bağlı çox işlərin görüldüyünü qeyd etsə də, bir sıra problemlərin olduğunu da vurğulayıb:

“Dövlət idarəetməsinin rəqəmsal transformasiyası, dövlət xidmətlərinin elektrona çerilməsi istiqamətində xeyli addımlar atılıb, səlahiyyətli dövlət qurumları müəyyənləşdirilib. Bunula belə, rəqəmsal xidmətlərlə bağlı ciddi problemlər də yox deyil. Apardığımız müşahidə və monitorinqlər onu deməyə əsas verir ki, dövlət sektorunda regional xidmətlərin elektronlaşması sahəsində, innovasiyaların inkişafı və startap ekosistemin inkişafı ilə bağlı, maliyyə-bank sektorunun inkişafı sahəsində müəyyən problemlər mövcuddur və qeyd etdiyim sahələrdə rəqəmsal transformasiya ləngiyir. Hazırda ciddi diqqət yetiriləsi məsələlərdən biri regionlarda rayon İcra Hakimiyyətlərinin göstərdiyi xidmətlərin elektronlaşdırılmamasıdır. Ümumiyyətlə, yerli icra hakimiyyəti orqanlarının, onların göstərdiyi xidmətlərin rəqəmsallaşması istiqamətində ciddi problemlər var. Sürücülük vəsiqələrinin əldə edilməsi, avtomobillərin elektron qeydiyyatı, əhalinin sosial müdafiəsi ilə bağlı, hüquq sistemi və notarial xidmətlərin tam rəqəmsallaşdırılmasına ehtiyac var”.

İKT mütəxəssisi Elvin Abbasov bölgələrdə rəqəmsallaşmanın ləng getdiyini, bunun aradan qaldırılması üçün vətəndaşlar arasında maarifləndirmə işlərinin aparılmalı olduğunu qeyd edib:

“Bir neçə il öncə ilə bu günü müqayisə etsək, həqiqətən, müəyyən irəliləyişin olduğunu görərik. Düşünürəm ki, mövcud pandemiya şəraiti rəqəmsal xidmətlərə keçid üçün xüsusi təkan oldu. Çünki insanlar başqa variantın olmadığını bilirdilər. Avtomatik olaraq bir çox şirkətlər də rəqəmsallaşmaya meyl etdilər. Rəqabət mühiti də elektronlaşmanın geniş vüsət almasına səbəb oldu. Bu proseslər paytaxtda daha sürətli oldu. Lakin Bakıdakı qədər olmasa da, bu, bölgələrə də təsir etdi. Faiz nisbəti olara götürsək, bölgələrdə rəqəmsallaşma çox zəif gedir. Düşünürəm ki, bunun aradan qaldırılması üçün bölgələrdə maarifləndirmə xarakterli layihələr icra edilməli, elektronlaşmanın faydaları insanlara başa salınmalıdır. Bu tipli sosial layihələr keçirilsə, nəticəsi tez zamanda hiss olunacaq”.

İT mütəxəssisi, təlimçi Fərhad Kərimov ölkə üzrə tam rəqəmsallaşmanın təmin edilməsi üçün bütün dövlər qurumlarının xidmətlərini elektron formada təqdim etməsinin vacibliyini bildirib:

“Ölkədə rəqəmsal texnologiya üzrə hazırda yenidənqurma işlərinin aparılmasına ehtiyac var. Mövcud İT infrastrukturunda məlumat mübadiləsi və xidmətlərin tam əlçatan olmaması baxımından problemlər mövcuddur. Regionlarda da bu sahə üzrə xidmətlər əlçatan deyil. Lakin müəyyən xidmətlərin hələ də yerində həyata keçirildiyini nəzərə alaraq rəqəmsal xidmətlərin ölkə üzrə tam fəaliyyətdə olduğunu deyə bilmərik. Regionlarda texnoloji inkişaf qurumlar üzrə olmalıdır. Yəni hər qurum öz xidmətlərini rəqəmsal təklif etməlidirlər. Təəssüf ki, dövlət qurumlarının tərəqqi etmiş texnologiyaya sahib deyillər. Bölgələrdə əhalinin rəqəmsallaşma ilə bağlı maarifləndirilməsində də əsas yük qurumların üzərinə düşür. Hər qurum xidmətini rəqəmsala keçirdikdən sonra həm media vasitəsilə, həm sosial şəbəkələr vasitəsilə, həm də seminarlar keçirərək qruplar üzrə insanları məlumatlandırmalıdır. Ancaq bunun üçün birinci rəqəmsal xidmət qurulmalıdır. Bu gün dünyada bir çox ölkə dövlət qurumu binalarının ləğvinə gedirlər. Bu o deməkdir ki, bütün qurumların xidmətləri elektrona keçməlidir. Bu günün tələbi budur. Hətta bəzi ölkələrdə süni intellektdən də istifadə edirlər. Biz rəqəmsal ölkə iddiasındayıq. Ölkənin rəqəmsallaşması o deməkdir ki, bütün qurumlar öz fiziki xidmətlərini elektron xidmətlər çevirməlidirlər”.

Anlaşıldığı kimi, Azərbaycanda xidmətlərin elektronlaşdırlması, rəqəmsal texnologiyanın tətbiqi sürətlə davam etsə də, bu prosesin bölgələrdə daha geniş vüsət almasını təmin etmək lazımdır.

Bir daha qeyd etmək lazımdır ki, Azərbaycanda son illər həyata keçirilən tədbirlər rəqəmsallaşma ilə bağlı mövcud vəziyyətin bundan sonra daha da yaxşılaşdırılacağına, mövcud boşluq və problemlərin aradan qaldırılacağına əminlik yaradır.

Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı, “PAŞA Holdinq”in sponsorluğu ilə həyata keçirilən 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində yayımlanan müəllif araşdırmaları və yazılarının da rəqəmsallaşma ilə bağlı əhalinin maarifləndirilməsində xüsusi rol oynayacağını deyə bilərik.

Qeyd: Bu məqalə 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramının müsabiqə mərhələsi üçün yazılıb.

Müəllif: Günay Əli (“Yenicag.az”. Redaktor





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28