SALYANDA:Şəhid Qasımov Elmədinin Cənnətdəki ilk doğum günü qeyd olundu.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Salyan rayonun Qarabağlı kənd sakini Qasımov Elmədin Aqil oğlunun doğum günü şəhidin məzarı üstündə qeyd olunub.
Kanal4.az-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Salyan rayonun icra hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri,Milli məclisin Deputatı Fəzail Ağamalının Köməkçisi Xidmət Orucov,AVP-sının fəal üzviləri və şəhidin yaxınları iştirak ediblər. Əvvəlcə şəhidin məzarı üstünə gül dəstələri düzülüb, torpaqlarımızın azadlığı uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhidin şərəfli həyat yolundan danışılıb. Qeyd edilib ki, Elmədin Qasımov 1999-cı il Avqustun 9 -zu Salyan rayonun Qarabağlı kəndində ,anadan olub.
Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib, igidliklə döyüşüb. Təəssüf ki, döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlib. Göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Sərəncamı ilə Bayraq ordeni “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Çıxışlarda ötən ilin sentyabrın 27-də başlanan və qırx dörd gün davam edən Vətən müharıbəsinin tarixi əhəmiyyətindən danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun şücaətindən bəhs edilib, Elmədin və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunacaq.
Şəhidin Qardaşı dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıdan razılıq edib, Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
Kanal4.az
Emin Xuduyev.

