Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir

Eldar Həsənovun qızı Səbinə Hüseynova Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib

2021-08-10 13:28:25 237 baxış
Xəbər şəkil

 

Sabiq baş prokuror və səfir Eldar Həsənovun qızı Səbinə Hüseynovanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya!

Çox hörmətli Mehriban xanım!

Bu müraciəti məhz Sizə ünvanlamağım səbəbsiz deyil. Siz xalqımızın mənəvi dəyərlərinin hamisi adını ənənələrimizə sadiqliyiniz, hədsiz humanistliyiniz, böyük qəlbiniz sayəsində qazanmısınız və bizim Sizə olan sevgimizin səbəblərindən biri də budur. Ailə dəyərlərinə sayğınızla, milli-mənəvi dəyərlərimizin qorunmasındakı xidmətlərinizlə Siz hər birimiz üçün böyük nümunəsiniz. Sizin bu dəyərlər üzərindən ayrı-ayrı şəxslərə deyil, bütövlükdə xalqımıza göstərdiyiniz münasibət əslində xalqımızı böyük bir ailə kimi qiymətləndirməyinizin sübutu, müraciətlərinizi “Sizin Mehriban” olaraq imzalamağınız isə sözün bütöv mənasında Bizim Mehriban, Xalqın Mehribanı olduğunuzun təsdiqidir. Ona görə də Sizə Bizim Mehriban Xanım kimi müraciət edirəm! Atam – keçmiş səfir Eldar Həsənovun hazırda istintaqı yekunlaşmaq üzrədir. Atam özünü qətiyyən təqsirkar saymır. O, daim dövlətimizə, xalqımıza və əlbəttə ki, cənab Prezident İlham Əliyevə sədaqətlə bağlı olub. Atam xarakter etibarilə sadiq, əqidəli şəxsdir və bizi də vətənə sevgi ilə tərbiyə edib. Hörmətli Mehriban Xanım! Məni ən çox narahat edən atamın səhhətidir. Onun sağlıq durumu getdikcə ağırlaşır. Mən atamı itirməkdən cox qorxuram. Atam səfir olduğu vaxt bir neçə dəfə ağır əməliyyat keçirib və ciddi həkim nəzarəti altında idi. Təəssüf ki, istintaq müddətində barəsində həbs qətimkan tədbirinin seçilməsi onun həkim nəzarətindən və qayğıdan kənarda qalmasına səbəb oldu, hazırda atam çox ağır vəziyyətdədir. Ayaqları tutulub, sərbəst gəzə bilmir, ağrıları dözülməzdir və həyatı üçün ciddi təhlükə yaranıb. DTX təcridxanasında və hospitalında indiyədək 170 dəfədən artıq yıxılıb. Atam iyul ayinda çox ciddi əməliyyat keçirtdi. Onun müayinə və analizlərinin nəticələri qorxuncdur. Ona bədxassəli paroksizmal pozisyon vertiqo diaqnozu qoyulub. Bu barədə həkimlərin təsdiqlədiyi sənədlər, sübutlar var. Hər başgicəllənməsi onun sonuncu yıxılması ola bilər. Hər an onu itirə bilərik. Vəkillərin bu yöndəki məlumatlarını hər dəfə böyük sarsıntı ilə qarşılayıram. Atamın vəkillərinin bildirdiyinə görə, 8 avqustda o, növbəti dəfə huşunu itirərək yıxılıb və xəsarətlər alıb. Ötən gün vəkilinin iştirakı ilə müstəntiqlə görüşə əlil arabasında gətirilib və DTX Hərbi Hospitalının həkimləri artıq onun çəliklə belə hərəkət etməsinin təhlükəli olduğunu bildirirlər. Bu xəbərlərin içərisində mənim və ailə üzvlərimin nələr çəkdiyini əminəm ki, anlayırsınız. Çünki Siz də bir övladsınız və atanıza olan sevginizlə də hamımıza örnəksiniz! Razı olmayın ki, biz atamızı vaxtsız itirək və bu dəhşətli ağrı ilə ömrümüzün sonuna qədər yaşamalı olaq! Axı mənim atam qorxulu cinayətkar deyil. Bir alim, ziyalı, diplomat və hüquqşünasdır. Onun evində, övladlarının əhatəsində olması heç bir təhdid yaratmır. Sizdən dönə-dönə xahiş edirəm ki, atamın barəsində həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəzlənməsi, ev dustaqlığına buraxılması və müalicəsinin ailə üzvlərinin qayğısı və nəzarəti altında davam etdirilməsi üçün bizə yardım edəsiniz. Əziz Mehriban xanım! Siz bu ölkədə çox ailələri sevindirmisiniz, çox insanların müalicəsini üstünüzə götürərək, onları həyata qaytarmısınız. Sizdən xahiş edirəm, mənim atamı da mənə qaytarın, onun istintaq müddətində ev dustaqlığına buraxılması və müalicə almasına yardım edin, atamı və bizim ailəmizi xilas edin!

Sizə dərin sevgilərlə, Səbinə Hüseynova, Hüquq üzrə fəlsəfə doktoru Mehriban Aliyeva





Oxşar xəbərlər


Xəbər lenti
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29