Salyan rayonunda koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində dezinfeksiya işləri davam etdirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Salyan rayonunda mütəmadi olaraq zəruri tədbirlər görülür.
Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Salyan rayonunda tibbi-profilaktik və dezinfeksiya tədbirləri aparılıb.
Tədbirlər əsasən şəhərin küçələrini, çoxmənzilli binaların giriş bloklarını, parkları, əhalinin daha sıx olduğu yerləri və digər əraziləri əhatə edib.
Salyan Rayon İcra Hakimiyyətinin Başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən bu istiqamətdə lazımi bütün tədbirlər həyata keçirilir.
İnsanların sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.
Kanal4.az




