Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
SİYASƏT
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
SİYASƏT
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
SİYASƏT
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
SİYASƏT
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY

Eldar Həsənov prokurorluğun məlumatı ilə bağlı açıqlama verib

2021-08-19 17:50:15 188 baxış
Xəbər şəkil

 

 

Eldar Həsənov prokurorluğun məlumatı ilə bağlı açıqlama verib.

Bu barədə Eldar Həsənovun vəkili Adəm Məmmədov Facebook hesabında paylaşıb:

“13 avqust 2020-ci il tarixdə saxlanılmağımın növbəti günü Bakı şəhər Səbail rayon məhkəməsində ilk və sonuncu dəfə ifadə vermişəm: “Baş verənlər bir anlaşılmamazlıqdı, aparılan cinayət işi ilə bağlı bütün məsələlərin ölkə daxilində, hüquqi müstəvidə, obyektiv və ədalətli araşdırılmasına ümid edirəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədalətinə inanıram ”.
Həbsimin və verilən ittihamların qanunsuz, əsassız, qərəzli və sifarişli olmasına etiraz olaraq bü günə qədər ifadə verməmişəm.
Prokurorluğunun mətbuata verdiyi qərəzli məlumatla bağlı ilk dəfə olaraq bildirirəm ki, həbsimin əsl səbəbi qətiyyən həmin məlumatda göstərilənlər deyil. Həbsimin həqiqi səbəbi əslində güya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olmuşdur.
Həqiqətən mən XİN-nin qapalı iclaslarında, o cümlədən 02 fevral 2020-ci ildə Brüssel şəhərində Avropada Azərbaycanı təmsil edən səfirlərin iştirakı ilə keçirilən qapalı iclasında, həmçinin yazdığım məktublarda Dövlətimizin apardığı siyasətə xələl gətirən, zərər verən laqeyd münasibəti tənqid etmişəm. Amma məsuliyyətli məmur kimi onları heç vaxt, heç bir yerdə ictimailəşdirməmişəm. Çıxışlarımın stenoqramları və məktublarımın hər biri müvafiq dövlət qurumlarında saxlanılır.
Məqsədyönlü şəkildə həqiqətə uyğun olmayan məlumatların hazırlanıb aidiyyati üzrə ötürülməsini, son 2 ildə müxtəlif kütləvi informasiya vasitələrində tirajlanmasının təşkilatçıları mənə məlumdur. Zərurət yarandıqda, yalan və uydurmalar əsasında mənim, hətta xarici ölkədən yalan məlumatlar göndərilməsinə, həbsimə nail olan, özünü ölkə rəhbərliyinə yaxın hesab edən və bundan öz şəxsi maraqlarına sui-istifadə edən hər iki insanın adını və səbəblərini açıqlayacam.
Yeri gəlmişkən saxlanıldığım ilk gündən etibarən bu şəxslərdən birinin bütün imkan və vasitələrlə işin obyektiv araşdırılmasına birbaşa mane olmasına dair müvafiq dövlət qurumuna rəsmi müraciət etmişəm. Lakin bu müraciətlərimin yekun ünvana çatmasından belə əmin deyiləm.
İstintaqın müxtəlif mərhələlərində mənə, adlarını açıqlamaq istəmədiyim, şəxslərə qarşı müəyyən ifadələr verməyimi və bunun müqabilində ertəsi gün azadlığa buraxılmağımın təmin edilməsinə dair çoxsaylı təklif və cəhdləri rədd etmişəm. Birmənalı olaraq bildirmişəm ki, satqınlıq nə xasiyyətimdə və nə də mənsub olduğum nəsil-nəcəbatda olmayıb və bundan sonra da olası deyil.
Bir daha bəyan edirəm ki, 27 ildə mənim yolum Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin siyasəti olub. Bunu məni tanıyanlar, yaxınlar və bu illərdə, hətta ən ağır illərdə əməli fəaliyyətim, gördüyüm işlər təsdiqləyir. Azacıq şübhəsi olanlar son 27 illik fəaliyyətimi, vicdan və ədalət çərçivəsində, təhlil və təftiş edə bilərlər.
O ki, qaldı mətbuata verilmiş məlumatın mahiyyətinə, birmənalı şəkildə bildirirəm ki, verilmiş ittihamlar heç bir mötəbər sübuta, dəlilə, hüquqi və prosessual əsaslara yox, mülahizə və ehtimallar əsasında sifarişli, qərəzli, qisas almaq niyyətinən başqa bir şey deyildir.
İfadə verməkdən imtina etməyimin əsas səbəblərindən biri də verilən ittihamların uydurma olması ilə yanaşı provokasiya xarakterli (məni ifadə verməyə məcbur edib bu ifadələrdən sui-istifadə etmək məqsədi güdülməsi), hətta dövlətimizin imicinə, bəzi hallarda isə dövlətlər arası münasibətlərə zərər vurması ilə nəticələnə bilməsindən ehtiyat etməyim olmuşdur.
İstintaq isə çəkinmədən hətta ittihama mənim heç vaxt, heç bir halda, müdaxilə etmək belə niyyətim, səlahiyyətim və imkanım olmadığı Heydər Əliyev Fondu ilə bağlı layihələri salmış, belə humanitar layihələrə, yerində birbaşa rəhbərlik etmək məqsədi ilə xidməti pasport verilərək uzunmüddətli (yeddi il) ezam olunnmuş, artıq həyatda olmayan, öz işini layiqincə, vicdanla və yüksək peşəkarlıqla yerinə yetirmiş memar Eldar Hüseynovun adının cinayət əlaqəsində qeyd etməsi ağlasığmaz qanunsuzluq və haqsızlıqla yanaşı bir provokasiyadır.
Bu səbəbdən məhkəmədə ən azı özümü müdafiə etmək, həqiqətəri söyləmək üçün ifadə vermək məcburiyyətində qalacam və bununla belə mənə qarşı olan bu qədər haqsızlıqlara baxmayaraq yenə də dövlətimin maraqlarını hər şeydən üstün tutmağı düşünürəm.
Mənim həbs sifraşimi düşmənçilik məqsədi ilə verənlər isə bunu qəsdən edirlər, çünki içlərində olan qisasçılıq hər şeyin üstündən xətt çəkibdir.
Digər tərəfdən isə, son illərdə əziyyət çəkdiyim səhhətimin ciddi formada ağıırlaşması, həbs müddətində prokurorluğun qərəzli münasibəti səbəbindən ixtisaslaşmış həkim müayinəsi, əməliyyat və həkim müalicəsindən məhrum olunmağım kimi layiq olmadığım, amansız, qəddar münasibətə məruz qalmağım, belə münsibət nəticəsində ducar olduğum ağır xəstəlik də, heç şübhəsiz ki, başqa qanunsuzluqlarla yanaşı mənə mənəvi-psixoloji əzab verir. Faktiki olaraq fiziki məhvimə yönələn sifarişi verən və icra edənlər ilk növbədə Böyük Allahdan qorxmalıdırlar.
Baş Prokurorluğun ölkənin Baş Prokuroru olmuş bir şəxsə qarşı bu cür sifarişli və qərəzli davranışını görmək olduqca acınacaqlıdır və sözsüz ki, bu münasibət prokurorluğun tarixində qara ləkə olaraq qalacaqdır.
Bütün ədalətsizliklərə, haqsızlıqlara, mərhumiyyətlərə, ağır xəstəliklərə duçar qalan insan kimi özümə təsəllini yalnız onda tapıram ki, 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımız qəhrəman Ordumuzun və Müzəffər Ali Baş Komandanımızın cəsarəti və sücayəti nəticəsində işğaldan azad olunmuşdur.
Sadəcə olaraq inana bilmirəm ki, etibara və inama söykənən, sınaqlar-sınağından keçmiş uzun illərin münasibətlərinə baxmayaraq, qisas almaq məqsədi ilə verilmiş yalan və uydurma məlumatlara möhtərəm Prezident İlham Əliyev nədən, niyə inandı, mənə qarşı bu ədalətsizliklərə razılaşdı?
Mənim vicdanım Azərbaycan Dövlətinin, Azərbaycan Respublikasının Prezidentinin, yanında təmizdir. Bunu tarix də, zaman da, ilahi ədalət də göstərəcəkdir.
Allah böyükdür!!





Oxşar xəbərlər


Xəbər lenti
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
2026-09-29
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir
2026-09-29
Təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir
2026-09-28
27 sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, milli birlik və əbədi ehtiram günüdür - RƏY
2026-09-28