Azərbaycan ordusu Gorus-Qafan yolunu bağladı
Kapan-Goris (Qafan-Gorus) dövlətlərarası yolu bağlı olaraq qalır.
“Armenian News” xəbər verir ki, bir ucu İrana gedən beynəlxalq tranzit marşrutu Azərbaycan ordusunun əsgərləri tərəfindən bağlanılıb.
“Ermənistan səlahiyyətliləri hələlik Azərbaycan tərəfindən konkret bir şey tələb etmirlər”.
Bunu Kapan (Qafan) şəhərinin meri Gevorq Parsyan erməni saytına müsahibəsində bildirib.
“Danışıqlar zamanı azərbaycanlılar bildiriblər ki, yolun bağlanmasının səbəbi iki erməni hərbçinin azərbaycanlı əsgərə hücum edərək süngü ilə bıçaqlamasıdır”.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi erməni hərbçilərinin iştirakı ilə baş verən insidenti təkzib edib.
Gevorq Parsyanın sözlərinə görə, yeni danışıqların yolu açacağı gözlənilir. ”
Ermənistan və Rusiya sərhəd qoşunlarının nümayəndələri hadisə yerindədi
Parsyan onu da qeyd etdi ki, Azərbaycan əsgərləri avqustun 25 -də axşam saat 8 radələrində yolu bağladılar. “Vətəndaşlarımız bu ərazidə maşınlarında idilər, rus sərhədçilərinin köməyi ilə təxliyə olunublar. Zərərçəkən yoxdur”, – deyən Parsyan mülki əhalinin təxliyə edilmədiyini söyləyib.