Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır

Ginekoloqlar da COVID-in müalicəsi ilə məşğul olur, ona görə...” - infeksionist

2021-08-28 19:17:14 152 baxış
Xəbər şəkil

 

 

“Apteklərdən alınan ekspress testlərlə COVID-19-a dəqiq diaqnoz qoya bilmərik”

Koronavirusun “Delta” ştammının yayılması, ölüm hallarının artması ilə sanki dünya bir-birinə qarışıb. Digər tərəfdən də vaksinlərin virusa qarşı tam olaraq effekt verməməsi narahatlıq doğurub. Bəzi mütəxəssislərsə hələ daha təhlükəli virusların olcağını proqnozlaşdırırlar.

Son günlər isə tanınmış həkimlərin vaksinlərlə bağlı bir-birinə əks olan açıqlamaları insanlar arasında çaşqınlığa səbəb olub. Belə ki, bəzi ekspertlər “Coronavac”ın daha etibarlı olduğunu bildirir, “Pfizer”in gələcəkdə zərər verəcəyini deyir. Bir qisim ekspert də iddia edir ki, “Coronavac” effektsizdir, “Pfizer” daha etibarlıdır. Bu kimi fikir ayrılıqları insanlarda vaksinlərə qarşı inamsızlıq yaradıb. Görəsən, bu cür fikirlər vaksinlərin “siyasi oyuncağa” çevrilməsi ilə bağlıdır, yoxsa həqiqətən də peyvəndlərin yeni ştammlara qarşı qoruyuculuğu aşağıdır?

Son günlər koronavirusa testlərlə də bağlı çoxlu suallar verilir. PCR testindən əlavə, ekspress testlərin düzgün nəticə göstərmədiyi deyilir. Apteklərdən alınan testlər etibarsızdırmı? Bu testləri nə zaman istifadə etmək lazımdır ki, doğru nəticə əldə edilsin?

Bu arada, Rusiyanın “Vektor” dövlət virusologiya və biotexnologiya araşdırma mərkəzinin mütəxəssisləri koronavirusun “Delta” ştammının suda sağqalma müddətini araşdırıblar. Lakin o da vurğulanıb ki, virusun iki gündən çox suda yaşaya bilməsi çayda və ya dənizdə çimən insanın yoluxmasına səbəb ola biləcəyi anlamına gəlmir. “Vektor”a görə bununla bağlı hələlik heç bir dəlil yoxdur. Xatırladaq ki, keçən il mərkəzin mütəxəssisləri içməli və dəniz suyunda “SARS-CoV-2" virusunun canlılığını öyrənmişdilər. Daha sonra 1, 3, 24, 48 və 72 saat ərzində 4 dərəcə temperaturda saxlanılan içməli su nümunələrində koronavirusun ömrü ilə bağlı nəticələr əldə edilmişdi.

Yeri gəlmişkən, xarici  media xəbər verir ki, epidemioloqlar və virusoloqlar koronavirusdan ölüm riskini üç qat artıra biləcək bir xəstəlik aşkarlayıblar. Periodontitin (dişlərdə iltihab) baxımsız forması COVID-19-dan ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu xəstəlik eyni zamanda reanimasiya şöbələrinə daha yüksək qəbul riskinə də səbəb olur. Mütəxəssislərin fikrincə, periodontit xəstəliyinə laqeyd yanaşma  “sitokin fırtınası”na -təhlükəli immun cavaba səbəb olur. Bu vəziyyətdə, həddindən artıq miqdarda immun hüceyrə əmələ gəlir və ağciyərlərə ötürülür, sepsis simptomlarına bənzər bu hal vəziyyəti sürətlə pisləşdirir. Bu həm də tez -tez nəfəs darlığı, ağır sətəlcəmə keçmə və ölümlə nəticələnə bilir.

 

Vüqar Cavadzadə: “Yeni ştamm bütün yaş qrupları arasında yayıla bilir”

Vüqar Cavadzadə 

Mövzu ilə bağlı bu və digər suallara tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə “Yeni Müsavat” a danışıb:

“Bütün dünyada artıq koronavirusun ”Delta" variantı yayılmaqdadır və qısa zaman ərzində biz gördük ki, dünyada çox sürətlə yayılıb. Hazırkı məlumata görə dünyanın artıq yüzdən çox ölkəsində “Delta” variantı yayılmaqdadır. Bildiyiniz kimi,  “Delta” variantı koronavirusun Hindistan variantının mutasiyası nəticəsində əmələ gəlib. Əsas xüsusiyyəti yoluxuculuq əlamətinin  çox olmasıdır.  Yəni Covid 19-la müqayisədə daha çox insanları  yoluxdurur.  Digər tərəfdən, hətta maskaları taxtıqda belə bu ştamma yoluxmaq olur. Bir çox mütəxəssislər deyirdilər ki, “Delta” ştammında  yoluxuculuq çox olsa da, ölüm hallarında  o qədər də artım olmayacaq. Amma biz artıq bunun əksini görürük. Ölkəmizdə görürük ki, gündəlik  30 ölüm hadisəsi baş verir. Hələ bu COVID-19 testi pozitiv çıxanların statistikasıdır.  COVID-19 testi verməyən, amma yoluxub  dünyasını dəyişənləri  hələ burada hesablamırıq. Mən hesab edirəm ki, bizdə rəsmi ölüm sayı 30 nəfərdisə, qeyri-rəsmi olaraq bu rəqəm təqribən 50 nəfərdir".

Tibb üzrə fəlsəfə doktoru həkimlərin vaksinlərlə bağlı söylədikləri zidd fikirlərə də münasibət bildirib:

“Dünyada COVID əleyhinə mövcud olan vaksinlərin hamısı bu infeksiyaya qarşı effektlidir. Amma bunun  effektlilik  dərəcəsi var. Tutaq ki, bir vaksində bu effektlilik dərəcəsi yüksəkdir, digərində azdır. Ona görə vaksinasiya prosesinin aparılması mütləqdir. Kimlərə ki, vaksin vurulub, həmin insanlar xəstəliyi yüngül keçirir. Bu gün ağır keçirən xəstələrin böyük əksəriyyəti vaksinindən kənarda qalan şəxslərdir. Vaksin olunmayanlar  insanlarda  hazırda ağır keçirmə halları müşahidə edilir. Təbii ki, viruslar mutasiyaya uğrayır. Mutasiyaya uğrayan viruslara vaksinlərin  effektivlik dərəcəsi nisbətən aşağı düşür. Tutaq ki, COVID 19 infeksiyasında hər hansı bir vaksinin effektlik dərəcəsi doxsan beş, doxsan altı faizdirsə,  virus mutasiyaya uğrayanda bu 90 faizdən də aşağı düşə bilər. Amma yenə 90 faizdən aşağı düşsə də, yenə onun effektivlik dərəcəsi yüksəkdir. Bir var, insan vaksin olunub COVID infeksiyasını yüngül keçirə , ölüm halı da az ola, bir də var,  həmin insan vaksinasiya olunmur  və ölüm halı da çox olur.  Yəni vaksin olanlarla olunmayanlar  arasında ölüm sayında ciddi fərq var. Sizinlə razıyam, hazırda həkimlər hər biri ayrı- ayrı açıqlamalar verir. İnsanlar da bilmir ki, kimə inansın, kimin yazdığına və yaxud da kimin dediklərinə inansın. Təbii ki, insanlar mütəxəssislərə müraciət etməlidir. Bu işdə kütləvi informasiya vasitələrinin böyük rolu var. Bəzən kütləvi informasiya vasitələrində cərrah, yaxud da fizioterapevt kimi işləyən, qeyri mütəxəssislər COVID  mövzusunda açıqlama verirlər. O infeksionist deyil, mütəxəssis olmadığına görə tam düzgün, dolğun məlumat çatdıra bilmir. Bu da insanlar arasında çaşqınlığa səbəb olur. Digər bir tərəfdən də ki, məsələnin ciddi bir tərəfi ondan ibarətdir ki, bu dəqiqə COVID-19-la bağlı infeksionistlərlə yanaşı digər həkimlər də məşğul olur. Cərrahlar,  hətta ginekoloqlar , oftalmoloqlar COVID-lə məşğul olur. Hamısı öz peşəsini kənara qoyub, koronavirusla məşğul olur.  Bu da insanlar arasında müəyyən çaşqınlığa səbəb olur və insanlar həm düzgün maariflənmir,  həm də düzgün istiqamətdə müalicə olunmur. Bu istiqamətdə açıqlamalari infeksionistlər verməlidir. Bu istiqamətdə aparılan ilkin müalicələri- istər ev şəraitində, istərsə də xəstəxana şəraitində, olsun bunu infeksionistlər etməlidir. Əgər xəstə ağırlaşar, xəstəxanaya düşərsə,  infeksionistlə yanaşı, reanimatoloqların da köməyinə zərurət yaranır”.

 

İnfeksionist koronavirusu müəyyən edən testlər barədə də danışıb: “Koronavirusa qarşı dünyada ən effektli üsul PCR müayinəsidir - yəni Polimeraz Zənciri Reaksiyası bizə daha dəqiq informasiya verir. Amma digər ekspress testlər koronavirusla bağlı ciddi nəticələr vermir. Onlar nisbi nəticələr də verə bilər. Bu ekspress testlərlə COVID-19 infeksiyasına tam dəqiq diaqnoz qoya bilmərik. Bununla belə, insanlar özlərində subfebril hərarət (37-37,9 °C), əzələ ağrıları, tərləmə, boğazda ağrı, burun tutulması, qarın, mədə-bağırsaq pozğunluğu kimi əlamətlər hiss eləyərsə, mütləq PCR müayinəsinə gedilməlidir. PCR müayinəsi xəstəliyin birinci həftəsində veriləndə tam dəqiq, düzgün informasiya verir. Artıq xəstəliyin ikinci həftəsinə keçəndə insan koronavirus infeksiyasına yoluxsa belə, PCR nəticələri mənfi ola bilər. Ona görə ilk gündən insanlarda hərarət və sadaladığım digər əlamətlər müşahidə edilərsə, insanlar PCR testi  verməlidir. Hər hansısa bir ekspress testlərin aparılması  diaqnostikada tam özün təsdiq etməyib. Son diaqnozu PCR müayinəsi qoyur”.





Oxşar xəbərlər


Xəbər lenti
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29