Xəbər lenti
Biləsuvarda yüksək bal toplayaraq tələbə adını qazanan məzunlarla görüş keçirildi-FOTO
2021-09-13 18:24:41
480 baxış
Biləsuvar rayon İcra Hakimiyyətində 2020-2021-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Kanal4.az xəbər verir ki,Görüşdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etməyi arzulayıb.
Rayon icra hakimiyyətinin başçısı görüşdə təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə edilən uğurlardan danışaraq qeyd edib ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız buraxılış imtahanlarında yüksək nəticələr əldə edirlər. Biləsuvar rayonunda bu il abituriyentlərdən 12 nəfəri 600-dən, 25 nəfəri isə 500-dən yüksək bal toplayıblar.Ən yüksək nəticəni isə 656 balla Biləsuvar şəhər Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksinin məzunu Muradlı Gülnar Bəhruz qızı göstərib. Bu ilki tədris ilində rayon üzrə 300 nəfər abutiriyent tələbə adını qazanaraq respublikamızın müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşdur.
Görüşdə yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlar çıxış edərək bundan sonra da daha fəal çalışaraq yüksək biliklər qazanacaqlarını və Azərbaycanımızın adını daima zirvələrə daşıyacaqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə fəxri fərmanlar təqdim olunaraq xatirə şəkli çəkdirilib.
Xüsusi muxbir Səmil Şahlaroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
Müəllim – gələcəyə işıq saçan insan!
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
Cəbrayılın qürur səhifəsi
Qələbələrimizin siyasi təməli
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
Cəbrayılın qürur səhifəsi
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
Ümummilli Liderin dəyişməz siyasi kursu
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
Vətənə sədaqətlə xidmətin nümunəsi
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
Yeni enerji və infrastruktur imkanları Azərbaycanın regional rolunu genişləndirir
Sabit və təhlükəsiz Azərbaycan investorların diqqətindədir