Səhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm
Bu gün Şirvan şəhərində bir qrup Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə növbəti medallar təqdim edilməsi ilə bağlı tədbirdə iştirak etdim. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı təltif edilən Vətən müharibəsi iştirakçılarından və şəhidlərimizin ailə üzvlərindən bir qrupuna medallar təqdim olundu.
Səhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqına zəfər qələbəsini yaşadan Azərbaycan Ordusuna, onun Müzəffər Ali Baş Komandanına eşq olsun!
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan!
Milli Məclisin Deputatı İntizam Yusifov.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()