Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi

"Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək göstərilib

2021-09-22 15:19:14 292 baxış
Xəbər şəkil

Kanal4.az xəbər verir ki,Kənd Təsərrüfatı Nazirliyinin “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində növbəti təsərrüfata dəstək göstərilib. Qax rayonunda yerləşən arıçılıq təsərrüfatında yenidənqurma işləri aparılıb, arı südü istehsalı ərazisi hasarlanıb, təsərrüfat sahəsi abadlaşdırılıb. Xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə təsərrüfat bir sıra avadanlıqlar və əşyalarla təmin olunub.

Kənd təsərrüfatı naziri İnam Kərimov rayonun Ləkit kəndində “Bal Evi” arıçılıq təsərrüfatında görülmüş işlərlə tanış olub, aqroekoturzim layihələrinin təqdimatı mərasiminə qatılıb. Mərasimdə “Şəhərdən Kəndə” layihəsi çərçivəində görülən işlər, bu sosial layihənin aqrar turizmin inkişafına, kənd yerlərində məşğulluğun artmasına, fermerlərin gəlirlərinin yüksəlməsinə təsiri barədə məlumat verlib.

Tədbirdə çıxış edən nazir İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoyub. İqtisadiyyatın diversifikasiyası fonunda kənd təsərrüfatı ölkənin prioritet sahələrindən biri olmaqla son dövrlər sürətlə inkişaf edir. Kənd təsərrüfatını inkişafı həm də  təhsil, məşğulluq, innovasiya, ticarət və turizm kimi sahələrin inkişafına da təkan verir. Bu səbəbdən nazirlik tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində bir sıra sosial yönümlü layihələr həyata keçirilir.  Bu layihələrdən biri aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş “Şəhərdən kəndə” aqroekoturizm layihəsidir.

Aqroekoturizm dünyanın müxtəlif ölkələrindən olan insanların diqqətini kənd yerlərinə, mövcud təsərrüfatlara və ekologiyanın qorunmasına yönəlmiş bir fəaliyyətdir. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin biomüxtəlifliyə və eko sistemə həmçinin, müasir infrastruktura malik olması aqrar turizmin inkişafı üçün münbit şərait yaradır. “Şəhərdən kəndə” layihəsi çərçivəsində bölgələrdə aqroekoturizm obyektlərinin müasir standartlar əsasında qurulmasına dəstək verilir. Artıq 5 belə təsrrüfata müvafiq dəstək göstərilib.

Daha sonra “Bal Evi” təsərrüfatının rəhbəri Bədrəddin Həsrətov, “Biogarden” təsərrüfatının rəhbəri Etibar Nuriyev, “Lakeside Garden” təsərrüfatının rəhbəri Ramtik Alızadə, “Ballı bağça” təsərrüfatının rəhbəri Anar Məmmədov öz təsərrüfatlarının təqdimatını keçiriblər. Təqdimat mərasimində Azərbaycanda aqroekoturizmin inkişafı üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərə tövsiyələr verilib.

Tədbirin yekununda “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində təlimlərə cəlb olunmuş qadınlara sertifikatlar təqdim olunub. Layihənin məqsədi qadınların arıçılıqla məşğul olmasını stimullaşdırmaq, bu sahəyə maraq göstərən qadınlara müvafiq təlimlər keçmək, onları sosial layihə çərçivəsində arıçılıq avadanlıqları ilə təmin etməkdir.

Tədbirdə FAO-nun, Dövlət Turizm Agentiyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Qax rayon icra hakimiyyətinin nümayəndələri, aqroekoturizm modulu üzrə təlim keçmiş fermerlər iştirak ediblər. 

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi “Paşa Holdinq”in dəstəyi ilə korporativ sosial məsuliyyət proqramı çərçivəsində həyata keçirilir. 

Bu günə qədər “Şəhərdən Kəndə” layihəsinə qoşulmaq üçün 200-dən artıq fermer müraciət edib. Müraciət edən fermerlərin təsərrüfatlarına baxış zamanı bu təsərrüfatlardan 97-si aqroekoturizm üçün uyğun sayılıb. Əcnəbi və yerli mütəxəssislər tərəfindən 115 təsərrüfat sahibinə aqroekoturizm obyektlərinin qurulması istiqamətində təlimlər keçirilib, 40-dan çox təsərrüfata turlar təşkil olunub. Bu turlarda 900-ə yaxın turist, o cümlədən 170 əcnəbi turist işturak edib.

“Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək göstərilib“Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək göstərilib“Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək göstərilib“Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək göstərilib

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02

2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01