Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi

Azərbaycanda əkin sahəsinin sığortası üzrə ilk ödəniş həyata keçirilib

2021-09-23 16:50:20 274 baxış
Xəbər şəkil

​​​​​

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta çərçivəsində əkin sahəsinə dəyən zərərlə bağlı ilk sığorta ödənişi həyata keçirilib. Aqrar Sığorta Fondundan verilən məlumata görə, sığorta ödənişi İsmayıllı rayonunun Mücü-Həftaran kəndində fəaliyyət göstərən fermer Arif Niftəliyevə məxsus üzümçülük təsərrüfatına edilib.

Fermerin 4 hektarlıq üzüm bağının 2 hektarı Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb. İyun ayında İsmayıllı rayonunda yağan dolu təsərrüfata ciddi zərər vurub, məhsul tamamilə korlanıb. Sığorta hadisəsi ilə bağlı sahibkarın Aqrar Sığorta Fonduna müraciətindən sonra müstəqil aqrar sığorta ekspertləri hadisəni araşdırıb, hava şəraiti və digər məsələlərlə bağlı sənədləşdirmə işləri həyata keçirilib. Nəticədə Aqrar Sığorta Fondunun qərarı ilə fermerə sığorta ödənişinin verilməsi təsdiqlənib. Müvafiq prosedurlardan sonra 3 780 manat məbləğində sığorta ödənişi fermer Arif Niftəliyevin bank hesabına köçürülüb.

İsmayıllı rayonunun Mücü-Həftaran kəndində yerləşən təsərrüfatda əkin sahəsi üzrə ilk aqrar sığorta ödənişinə həsr olunmuş tədbir və fermerlərlə görüş keçirilib. Tədbirdə Aqrar Sığorta Fondunun və İsmayıllı rayon icra hakimiyyətinin rəhbərliyi, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, İsmayıllı və ətraf rayonlardan olan fermer və sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayı artmaqdadır. Bir qədər əvvəl heyvandarlıq sığortası üzrə ödənişlərə başlandığını xatırladan Fuad Sadıqov bildirib ki, artıq əkin sahələri üzrə də ödənişlərin həyata keçirilməsi aqrar sığorta mexanizminin tam həcmdə işə düşdüyünü və fermerlərin qazancını qoruduğunu göstərir. Aqrar Sığorta Fondunun sədri qarşıdakı dövrdə sığortalanan bitkilərin siyahısının daha da genişlənəcəyini bildirərək fermerləri öz təsərrüfatlarını qorumağa və sığortalamağa çağırıb. İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov bildirib ki, İsmayıllı rayonu dağlıq ərazidə yerləşdiyinə görə, burada təbiət hadisələrinin baş verməsi və onların təsərrüfatlara zərər vurması riski yüksəkdir. Onun sözlərinə görə, yerli təsərrüfatda baş verən hadisə və dəymiş zərərin Aqrar Sığorta Fondu tərəfindən ödənilməsi fermerlərin bu mexanizmə inamını artırır və təsərrüfatlarını sığortalamağa sövq edir.

Qeyd edək ki, fermer Arif Niftəlıyev ona məxsus olan 4 hektar üzüm bağının 2 hektarlıq hissəsini könüllü şəkildə sığorta edib. Üzüm sahəsinin sığortası üzrə hesablanmış sığorta haqqı 260 manat təşkil edib. Fermer bu məbləğin 50%-ni, yəni 130 manatını özü ödəyib, məbləğin qalan hissəsi aqrar sığorta qaydalarına uyğun olaraq fermerə dəstək məqsədilə dövlət tərəfindən ödənilib. Dolu vurması nəticəsində bağa dəyən zərər 4200 manat məbləğində qiymətləndirilib, 10% azad olma məbləği nəzərə alınaraq fermerə 3780 manat ödəniş edilib.

Fermer Arif Niftəliyev sığorta ödənişinə görə, Aqrar Sığorta Fonduna təşəkkür edib. Fermer bildirib ki, növbəti il üzüm bağını və eləcə də ona məxsus olan digər əkin sahələrini bütünlüklə aqrar sığorta vasitəsilə sığortalayacaq. İş adamı aqrar sığorta mexanizminin işindən razı qaldığını bildirərək digər sahibkarları da bu üsulla təsərrüfatlarını qorumağa çağırıb. Tədbirdə Aqrar Sığorta Fondu tərəfindən fermerə simvolik ödəniş çeki də təqdim edilib.

Xatırladaq ki, indiyədək aqrar sığorta çərçivəsində ümumilikdə 3,9 milyon manatdan artıq sığorta haqqı toplanılıb. Bu məbləğdən 3 milyon 260 min manatı heyvandarlıq, 640 min manat isə bitkiçilik sektorundan toplanıb. Sentyabrın əvvəlinə olan məlumata görə, indiyədək 15 minə yaxın mal-qara və 17 min hektar əkin sahəsi sığortalanıb. Hazırda Aqrar Sığorta Fondu tərəfindən südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq) və akvakultura məhsulları (balıqlar) sığortalanır. Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi genişlənəcək, ətlik mal-qara, qoyun və keçi təsərrüfatları da sığortalanacaq, bitkilərin siyahısı isə indiki 14-dən 40-a qaldırılacaq.

Azərbaycanda əkin sahəsinin sığortası üzrə ilk ödəniş həyata keçirilibAzərbaycanda əkin sahəsinin sığortası üzrə ilk ödəniş həyata keçirilibAzərbaycanda əkin sahəsinin sığortası üzrə ilk ödəniş həyata keçirilibAzərbaycanda əkin sahəsinin sığortası üzrə ilk ödəniş həyata keçirilibAzərbaycanda əkin sahəsinin sığortası üzrə ilk ödəniş həyata keçirilibAzərbaycanda əkin sahəsinin sığortası üzrə ilk ödəniş həyata keçirilib

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02

2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01