Xəbər lenti
Xarici qonaqlar Medianın İnkişafı Agentliyində oldular - Fotolar
2021-09-23 20:39:10
237 baxış
Sentyabrın 23-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığına məruz qalan şəxslərin təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində görüş keçirilib.
Kanal4.az xəbər verir ki, görüşdə Tvinninq layihəsinin “İctimai maarifləndirmə kampaniyasının aparılması” adlı komponenti çərçivəsində Bakıya səfər edən avstriyalı ekspertlər Thomas Hainlen və Manuela Hargassner-Delpos, rezident tvinninq əlaqələndiricisi Laurynas Totoraitis, eləcə də Dövlət Komitəsinin İnformasiya şöbəsinin müdiri Elgün Səfərov iştirak edib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyəti barədə məlumat verib. Mediada məişət zorakılığı məsələlərinin işıqlandırılması ilə bağlı müxtəlif məqamları müzakirə edib və bu sahədə jurnalistlərin məlumatlılığının artırılmasının əhəmiyyətini vurğulayıb.
Rezident tvinninq əlaqələndiricisi Laurynas Totoraitis isə media nümayəndələri üçün nəzərdə tutulan təlimlərin təşkilində MEDİA Agentliyinin rolunu xüsusi qeyd edib.
Görüş zamanı bildirilib ki, bu ekspert missiyası çərçivəsində məişət zorakılığı sahəsində ictimai maarifləndirmə kampaniyasının aparılması üzrə proqramın işlənib hazırlanması nəzərdə tutulub. Proqram Tvinninq layihəsinin ekspertlərinin dəstəyi və Dövlət Komitəsinin müvafiq əməkdaşları və media nümayəndələrinin iştirakı ilə işlənib hazırlanacaq.
Qeyd edək ki, tvinninq layihəsinin məqsədi məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsidir.

Oxşar xəbərlər
Xəbər lenti
Strateji hədəflərin dolğun ifadəsi
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
Müəllim – gələcəyə işıq saçan insan!
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
Cəbrayılın qürur səhifəsi
Qələbələrimizin siyasi təməli
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
Cəbrayılın qürur səhifəsi
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
Ümummilli Liderin dəyişməz siyasi kursu
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
Vətənə sədaqətlə xidmətin nümunəsi
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır