Deputat şəhid bulağının açılışında iştirak edib FOTO
Millət vəkili Mahir Abbaszadə sentyabrın 29-da Şəki şəhərində şəhid Qənimətov Ətraf Oktay oğlunun adına bulağın açılışında iştirak edib, tədbirdə iştirak edən kənd sakinləri və Şəki rayon ictimaiyyətinin nümayyəndələri qarşısında çıxış edib.
Kanal4.az xəbər verir ki, Mahir Abbadzadə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə qazandı. Azərbayacan xalqının 30 ilə yaxın davam etmiş torpaq həsrətinə son qoyldu, torpaqlarımız düşmən işğalından azad edildi. Bu qələbə Prezident İlham Əliyevin həmişə qeyd etdiyi kimi, şəhidlərimizin canları, qazilərimizin sağlamalığı, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub.
Şəhid Ətraf Qənimətovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib.
Ətraf Qənimətov Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda", “Hərbi xidmətdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.


