Salyan rayonun Başçısı Sevindik Hətəmov Şəhid məzarını ziyarət etdi
Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə məzarları ziyarət olunmuşdur.
Vətən müharibəsində şəhid olmuş Kapitan Kamil Şirinovun, Maxe, kiçik-çavuş Əjdər Dadaşovun, Maxe Alməmməd Babayevin, Əlirza Rzayevin və Allahverdi Novruzovun ildönümü münasibətilə məzarları ziyarət olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Fəzail Ağamalı və hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidlərin şəhadətlərinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhlarına dualar oxumuş və yas mərasimlərində iştirak etmişlər. Mərasimdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirmişdir ki, bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və milli yaddaşımızda yaşayacaqlar. Vətənə, xalqa və dövlətə layiqli övlad yetişdirən şəhid ailəsinə dərin ehtiramını bildirən RİH başçısı Sevindik Hətəmov, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Kanal4.az
Emin Xuduyev.







