AZƏRİQAZ” İB-NİN BAŞ DİREKTORU 1-Cİ MİLLİ “CEO AWARD AZERBAİJAN” MÜSABİQƏSİNİN QALİBİ OLDU
Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsinin qalibləri məlum olub. Qaliblərin seçilməsi üçün keçirilən səsvermədə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən yüzdən artıq top-menecer iştirak edib. Səsvermənin nəticəsinə görə 2021-ci il üzrə Azərbaycanın 25 ən tanınmış top-meneceri müəyyənləşib. Qaliblər sırasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də qərarlaşıb. Birliyin baş direktoru 79% səslə 1-ci yerin sahibi olub.
Qeyd edək ki, müsabiqənin qalibləri 1 sentyabr - 19 sentyabr tarixləri arasında müstəqil beynəlxalq onlayn platformada keçirilən səsvermənin nəticəsinə görə müəyyən edilib. 13 mindən artıq səsverənin iştirakı həm idarəçilərin, həm də əhalinin bu müsabiqəyə böyük marağının olmasından xəbər verir.