Millət Vəkili Fəzail Ağamalı Şəhidin il mərasimində iştirak etdi.
Kanal4.az xəbər verirki Milli Məclisin Deputatı Fəzail Ağamalı Canlarını ,Vətən uğurund fəda edənlərin Ailələrini daim diqqət mərkəzimdə saxlayır.
44 günlük Qəhrəmanlıqlarla dolu Vərən Müharibəsinin ilk günlərində Şəhid olanlardan biri də Salyan rayonunun Xalac kənd sakini Səfa Qaraxanovdu. Digər iki qardaşı ilə bərabər erməni faşistlərinə qarşı döyüşə atılan bu qəhrəman övladımız igidlik göstərərək Şəhidlik zirvəsinə ucaldı. 2020 - ci ilin Oktyabrın 1 - də Şəhid oldu. Salyan rayon icra başçısı Sevindik Hətəmovun, onun müavinlərinin və hüquq mühafizə orqanlarının rəhbərlərinin, çoxsaylı soydaşlarımızın iştrakı ilə Səfa Qaraxanovun il mərasimində iştrak etdik, onun məzarı ziyarət olundu, ruhuna dualar oxundu və məzarı önündə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Silahlı Qüvvələrimizin göstərdiyi rəşadət və qəhrəmanlıq haqqında xoş fikirlər səsləndi və ərazi bütövlüyümüzün bərpası, erməni işğalçılarına qarşı döyüşlərdə vuruşub həlak olan həm I Qarabağ həm, də II Qarabağ Müharibəsində Şəhid övladlarımızın ruhuna rəhmət dilədik.
Millət vəkili Fəzail Ağamal ,Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz şəhidlərinin xatirəsini daim yaşadacağına, onların adlarının yaddaşlarımızdan silinməyəcəyinə əminliyini ifadə edib.


