Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
SİYASƏT
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
SİYASƏT
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
SİYASƏT
Vətənə sədaqətlə xidmətin nümunəsi
SİYASƏT
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır

Özünüz də bilmədən narkokuryer ola bilərsiniz

2021-10-02 09:16:12 274 baxış
Xəbər şəkil

 

 

Dünyanı saran narkotik bəlasının Azərbaycandan da yan keçmədiyi heç kimdə şübhə doğurmur. Düzdür, hüquq-mühafizə orqanları mütəmadi olaraq insanları zəhərləyən narkotacirlərlə mübarizə aparır, onların məsuliyyətə cəlb edilməsinə nail olur.

Elə bunun nəticəsidir ki, tez-tez narotik satışı ilə məşğul olan şəbəkələrin ifşasıyla bağlı xəbərlərə rast gəlirik. Durum ciddidir, dövlət səviyyəsində mübarizə aparılır, amma vətəndaşların da ciddi maariflənməsinə ehtiyac var.

“Qafqazinfo” xəbər verir ki, son vaxtlar bu zəhəri sosial şəbəkələrdə onlayn satanların da sayı çoxalıb. Belə şəbəkələrin ifşası zamanı məlum olur ki, dəstənin başçıları xaricdə yaşayır, onlar müştərilərə narkotiki kuryerlər vasitəsiylə çatdırırlar.

Daxili İşlər Nazirliyinin ötən ayın 21-də yaydığı xəbərdə bir məqam xüsusi diqqət çəkir. Xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, narkoşəbəkəyə daxil olan şəxslər gizliliyi təmin etmək məqsədi ilə bir-birilərini tanımadan fəaliyyət göstərirlər və iki əsas hissəyə ayrılırlar. Şəbəkəyə daxil olan birinci dəstə əsasən narkotik vasitələrin istifadəçilərindən ibarət olmaqla xaricdəki narkotacirlər üçün ölkə ərazisində kuryerlik fəaliyyəti ilə məşğul olublar.

Kuryerlik məsələsi ilə bağlı Texnoblogger Fərid Pərdəşunas da özünün feysbuk hesabında maraqlı paylaşımı ilə diqqət çəkib.

O paylaşımında bildirib ki, insanlar özləri də bilmədən narkotik vasitələrin kuryerliyini edirlər:

“Dünən Daxili İşlər Nazirliyinin sözcüsü ilə söhbətimdə də bu, təsdiqini tapdı. Üsul necə işləyir, izah edim ki, növbəti qurban siz və yaxınlarınız olmasın. Yəqin ki, son aylarda İnstaqramda “patı” satan çoxlu səhifələr qarşınıza çıxıb. Bu səhifələri işlədənlər sən demə, Azərbaycanda deyillər. Kimlikləri məlum deyil. Və onlar rahatlıqla ölkəmizdə narkodövriyyə həyata keçirirlər. Bəs yaxşı, bu, necə ola bilər axı? 

Bu narkotacirlər müxtəlif sosial profillər vasitəsilə daimi sosial mediada insan ovundadırlar. Məsələn, hansısa maddi ehtiyacı olan insanları tapırlar və başlayırlar onlarla emosional bağ qurmağa. Tanış olmağa. Daha sonra həmin şəxslərə maddi ehtiyacların ödəmək üçün daimi pul göndərib, “yaxşılıq” edirlər. Məsələn, bir nəfər peyda olur, sizə hər ay 100 AZN, 500 AZN yardım edir ki, mən iş adamıyam, sizə yaxşılıq edirəm. Belə-belə insanlarla yaxınlıq qurulur. Bəzi oğlan adlarından gənc qızlarla virtual sevgili olurlar, onlara iPhone və s. qiymətli hədiyyələr alırlar. Və bu yaxşılıq onların etimadını qazanana qədər davam edir. Və hər şey də elə bundan sonra başlayır.

Narkotacir münasibətin gedişində sizdən xahiş edir ki, bəs bu ünvanda paket var, mən Azərbaycanda deyiləm, mümkünsə bunu get bu rayondan götür, taksi də demişəm və apar bunu qoy Bakıda bu ünvana. Siz isə bu virtual adamın xəcalətindən çıxmaq üçün dediyini edirsiniz və paketi götürüb lazım olan yerə çatdırırsınız. Siz paketi çatdırandan sonra bu zaman başqa belə bir qurban narkotacirin istəyi ilə həmin paket olan yerə gəlir. Ondan da istənilən sadəcə, həmin yerdə şəkil çəkdirmək olur. Beləcə, bu insanlardan biri özü də bilmədən narkotik vasitəni lazım olan yerə çatdırır. İkincisi isə koordinatı sifarişçiyə vermək üçün gəlib orada şəkil çəkdirir. Və sonda narkotik vasitəni onlayn satan adam sifarişçiyə məhsulu yerli kuryerlərdən istifadə edərək çatdırır. Polis isə sadəcə, həmin narkokuryerə gedib çata bilir və sonra məlum olur ki, bu adam heç içində nə daşıdığını bilmirmiş.

Digər tərəfdən intim videoları çəkilən şəxslər də şantaj olunub, bu işə cəlb edilə bilir. Yəni siz evinizdə oturmuşdunuz, birdən zəng gəlir, intim görüntülər, hərəkətlər... Birdən videonuz çəkilir və şantaj! Nəhayətində siz artıq narkokuryer olursunuz. Diqqətli olmaq lazımdır. Tanımadığınız adamlardan ödəniş, hədiyyə qəbul etmək, virtual ünsiyyətdə olmaq çox təhlükəlidir. Yaxınlarınızı bu barədə xəbərdar edin. Xüsusən maddi ehtiyacı olan həssas qrupları“.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev də yuxarıda sadalanan kuryerlik faktlarını təsdiq edib. DİN rəsmisi İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində bu barədə danışarkən bildirib:

“Onlayn yolla narkotik vasitələrin qanunsuz dövriyyəsi halları var. Vətəndaşın xarici ölkədən ələ alınması ilə bağlı bir nümunə çəkim - hansısa ehtiyacı, qayğısı olan şəxs sosial şəbəkədə bu barədə yazır. Bu zaman kənardan bir profil yazır ki, sizi narahat görürəm, bəlkə pula ehtiyacınız var? Beləliklə ona ilkin vəsait verilir. Vəsaiti köçürüldükdən sonra həmin vətəndaş o profilin arxasında dayanan cinayətkarın əlinə düşür. Növbəti günlərdə isə ona tapşırıqlar verməyə başlayır. Deyir, gedirsiniz respublikanın filan ərazisində paket var, onu götürüb bu ünvana çatdırın. Beləliklə vətəndaş kuryerə çevrilir. Bu, narkotik vasitələrlə əlaqəli cinayətlərdə aşkarlanan faktlar sırasındadır”. 

Elşad Hacıyev məsələ ilə bağlı konkret fakt da misal çəkib:

“Respublikamızın rayonlarından birində bir xanım sosial şəbəkələrdə bir şəxslə tanış olub. Azərbaycan dilində normal yazışıblar. Sonra başlayıb onun tapşırıqlarını icra etməyə. Və özü də bilmədən bir neçə dəfə həmin şəxsin verdiyi tapşırıqlar üzrə narkotik paketlərini bir ünvandan digərinə çatdırıb. Təbii ki, onda ağırlaşdırıcı cinayət tərkibi yaranmır. Biz sübuta yetirdik ki, qadın narkotik nədir heç onu belə bilmir. Ona görə də bu gün biz vətəndaşı maarifləndirməliyik”. 





Oxşar xəbərlər


Xəbər lenti
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01
Dövlətçilik tariximizin Heydər Əliyev səhifəsi
2026-10-01
Milli dövlətçilik siyasətinin sarsılmaz təməlləri
2026-10-01
Vətənə sədaqətlə xidmətin nümunəsi
2026-09-30
İqtisadi sabitlik Azərbaycanın yeni inkişaf mərhələsi üçün möhkəm zəmin yaradır
2026-09-29