Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər

İctimai Şuralara vahid platforma yaradıldı – Azərbaycanda ilk + Fotolar

2021-10-08 20:40:38 304 baxış
Xəbər şəkil

 

Oktyabrın 8-də Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın – “ictimaishura.az” saytının təqdimatı keçirilib.

Tədbirin moderatoru, layihə eksperti Cəsarət Hüseynzadə diqqətə çatdırıb ki, bu platforma ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti – ECSOFT” proqramı çərçivəsində “İctimai Şuralar üçün onlayn portalın yaradılması” layihəsi formatında ərsəyə gəlib.

Cəsarət Hüseynzadə bildirib ki, son dövrlər ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafı üçün müxtəlif addımların atıldığını deyib. Bildirilib ki, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunu artırmaq üçün mərkəzi və yerli icra hakimiyyətləri yanında İctimai Şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biridir. Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planında “İctimai Şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış İctimai Şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, İctimai Şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi” qeyd olunur.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiya direktoru Jay Singh çıxışında bildirib ki, oxşar platformalar bəzi ölkələrdə də mövcuddur. USAİD missiya rəhbəri qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycanda ictimai iştirakçılığın və onun əsas mexanizmlərindən biri olan İctimai Şuraların inkişaf etdirlməsi istiqamətində tövhə verməkdən məmnundur. Jay Singh USAID-in bu istiqamətdə Azərbaycanın səylərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

“MG Consulting” MMC-nin direktoru, QHT qanunvericiliyi üzrə ekspert Məhəmməd Quluzadə çıxışında “ECSOFT” proqramı haqqında məlumat verərək bildirib ki, ictimaishura.az saytı bu proqram çərçivəsində hazırlanan 2-ci platformadır. Bundan öncə E-Nəzarət Platforması (www.enezaret.az) fəaliyyətə başlayıb. Məhəmməd Quluzadə bildirib “ECSOFT” proqramı çərçivəsində dövlət qurumları ilə geniş əməkdaşlıq qurulub və həmin qurumların əməkdaşları üçün treninqlər təşkil edilib. Proqramın müxtəlif fəaliyyət istiqamətləri ilə QHT-lərlə də geniş əməkdaşlıq həyata keçirilib.

Daha sonra layihənin eksperti və ictimaishura.az saytının rəhbəri Cəsarət Hüseynzadə əyani formada saytın təqdimatını edib və görülən işlər barəsində məlumat verib.

Qeyd olunub ki, ötən ilin sonuna kimi 12 mərkəzi icra hakimiyyəti yanında ictimai şura fəaliyyət göstərib. “Milli Fəaliyyət Planı” çərçivəsində görülən tədbirlər nəticəsində hazırda mərkəzi icra hakimiyyəti yanında İctimai Şuraların sayı 20-yə çatıb. Bu ilin 9 ayı ərzində 14 nazirlik, dövlət komitəsi və xidmətləri yanında İctimai Şuralara seçkilər keçirilib. Bu baxımdan “Milli Fəaliyyət Planı”na qeyd olunun istiqamətlər üzrə töhfələr vermək məqsədilə 2021-ci ilin əvvəlindən “ictimaishura.az” platformasının yaradılmasına start verilib.

Layihənin əsas məqsədi İctimai Şuralar barədə ictimaiyyətin məlumatlığını artırmaq və onlarla qarşılıqlı əlaqə yaratmaqla fəaliyyət göstərdikləri dövlət qurumlarının işində şəffaflığının artırılmasıdır. Platforma 30 mərkəzi və yerli icra hakimiyyəti yanında İctimai Şuranı əhatə edir. İctimai Şuraların sayı çoxaldıqca platformadakı şuraların da sayı paralel olaraq artacaq. Sayt xəbərlər, elanlar, seçki, qanunvericilik, nəşrlər, hesabatlar, multimedia və İctimai Şuralar bölməsindən ibarətdir. İctimai Şuralar bölməsində mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və digər qurumlar yanında İctimai Şuralar kataloqu mövcuddur. Bu bölmələr üzrə yaradılan İctimai Şuralar haqqında məlumatların bazası formalaşdırılıb.

Funksionallığı və əlçatanlığı təmin etmək məqsədilə platforma üzərindən İctimai Şuralar üçün subsaytlar yaradılıb. Sayt, eyni zamanda, İctimai Şuralar üçün öz subsaytlarını idarə etmək kimi texniki imkanlara da sahibdir. Həmin subsaytlarda İctimai Şuranın bazasının bölmələr üzrə formalaşdırılması üçün imkanlar mövcuddur.

Layihə çərçivəsində, eyni zamanda, cari ilin 9 ayı ərzində 14 mərkəzi İcra Hakimiyyəti və 3 digər qurum yanında İctimai Şuraya keçirilən seçkilərlə bağlı məlumatlandırma, maarifləndirmə və monitorinq tədbirləri həyata keçirilib. İctimai Şuralara seçkilərlə bağlı saytda, sosial şəbəkələrdə məlumatlar verilib və elektron poster yayımlanıb. Monitorinq çərçivəsində müxtəlif qurumlar yanında İctimai Şuralara keçirilən seçkilərlə əlaqədar qanunvericilik məsələləri ilə bağlı irəli sürülən 13 təklif nəzərə alınıb.

Tədbirdə çıxış edən Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov digər dövlət qurumlarının əməkdaşları və ictimai şura sədrləri bu layihənin informasiya mübadiləsi və qarşılıqlı fəaliyyət üzrə İctimai Şuraların potensialının genişləndirilməsi, ictimaiyyətin məlumatlandırılması və seçkilər də daxil olmaqla İctimai Şuraların fəaliyyətinə nəzarətin artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildiriblər.





Oxşar xəbərlər


Xəbər lenti
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01