"Azİz"təltifetmə mərasimi keçirib
Trend İnformasiya Agentliyində 2020-ci ildə diasporla fəal əməkdaşlığa görə ictimaiyyət, idman və mədəniyyət nümayəndələrinə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının “Azİz” təşəkkürnamələrinin təqdim edilməsi mərasimi keçirildi.
Təşəkkürnamələri Azərbaycan-İsrail Assosiasiyasının “Azİz” sədri Vahid Bayramov təqdim edib. Mükafatlandırılanlar sırasında xalq artisti Tünzalə Ağayeva, əməkdar artist Bəhram Bağırzadə, əməkdar MMA məşqçisi Rüstəm Əfəndiyev, aktyorlar Oksana Rəsulova və Şəhriyar Əbilov, musiqiçi Faiq Kazımov, sahibkar Kamilya Verdiyeva olub.
Vahid Bayramov ölkələr arasındakı dostluğun və əlaqələrin inkişafının tolerantlığın və multikulturalizmin bariz nümunəsi olduğunu, yəhudi və müsəlman dövlətlərinin sülh və dostluq şəraitində necə yaşaya biləcəyinin nümunəsi olduğunu qeyd etdi.
Mərasimdə Azİz gənclər təşkilatının üzvləri Riad Hüseynəliyev və Rafael Nəbizadə, habelə MMA döyüşçüsü, turnirin qalibi, 44 günlük Vətən Müharibəsi qəhrəmanı və hərbi mükafatların kavaleri Tofiq Musayev iştirak etdi.