Millət Vəkili Şəhidlərin anım mərasimində iştirak etdi.
Şirvan şəhərində Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə medalların təqdim edilməsi mərasimin keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları təltif edilmiş şəxslərə və şəhid olmuş şəxslərin ailə üzvlərinə təqdim edildi.
Kanal4.az xəbər verir ki Bunu Milli Məclisin deputatı İltizam Yüsifov şəxsi facebook hesabında bildirib.
Millət vəkili həmçinin şəhidimiz Elvin Şıxalıyevin anım- il mərasimində iştirak edib. Şəhid Elvin Şıxəliyevin anım günündə doğulduğu evin yerləşdiyi küçədə xatirə guşəsinin də açılışı oldu.
Allah Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin.Allah hərbçilərimizi qorusun!




