Milli Məclisin Deputatı Fəzail Ağamalı Salyan rayonunda Şəhid ailələrini ziyarət etdi.
Oktyabrın 20 - də Milli Məclisin deputatı Fəzail Ağamalı II Vətən Savaşı zamanı Qəhrəmancasına Şəhadətə ucalan Salyan rayon Yölüstü kənd sakini Hüseynov Bəhruz Yavər oğlunun ailəsini ziyarət etdi, Salyan rayon Qaraçala qəsəbə sakini Kərimov Ayaz Azər oğlunun, Salyan rayon Qaraçala qəsəbə sakini İmanov Bayrı Mirzə oğlunun valideynləri ilə görüşdü. Ailələrin problemləri ilə maraqlanan Fəzail Ağamalı onların həlli istiqamətində işlərin aparılması üçün köməkçisi Xidmət Orucova müəyyən tapşırıqlar verdi.
Fəzail Ağamalı Şəhid və qazi ailələrinin ölkə başçımız Cənab İlham Əliyevin və I Vitse - Prezidentimiz Mehriban Xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduqlarından, torpaqlarımızın işğaldan azad olunması uğrunda Şəhid olan oğullarımızın əziz xatirəsinin anılacağından, qazilərimizin xidmətlərinin unudulmayacağından danışdı.
Müqəddəs Şəhidlərin məzarı ziyarət edildi, ruhuna dualar oxundu.




