Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər

Azərbaycan gəncliyi vətənpərvərdir və öz dövlətinə sədaqətlidir"

2021-10-27 18:31:25 321 baxış
Xəbər şəkil

​​​​​

Hər bir ölkədə xalqın gənc nəsli onun gələcəyinin təminatçısıdır. Əgər bir xalqın gənc nəslində milli mənlik, təhsil, tərbiyə, vətənpərvərlik hissləri inkişaf edibsə, o xalqın gələcəyinin parlaq olacağı deməkdir. Azərbaycan xalqının gənc nəslin əksər müsbət potensialları özündə cəmləşdirmiş bir nəsildir. Gənclərimizdə milli mənlik şüuru və vətənpərvərlik hissləri yüksək səviyyədədir. Elə təkcə 44 günlük Vətən müharibəsi dövründə biz buna şahidlik etdik. Azərbaycanın vətənpərvər gəncləri vətən üçün könüllü olaraq döyüşlərə qatılmağa, canlarından keçməyə hazır idilər. Milli mənlik şüurunun inkişaf etdiyi gənclərimiz döyüşlərdə yüksək vətənpərvərlik hissi ilə vuruşaraq öz xalqına, millətinə, vətənin bağlı gənc olduqlarını göstərdilər.

Təkcə ölkəmizdə yaşayan azərbaycanlılar deyil, Azərbaycandan kənarda yaşayan milyonlarla həmyerlilərimiz də öz vətəninə, torpağına bağlı şəxslərdir. Bu, ondan irəli gəlir ki, onların damarında azərbaycanlı qanı axır. Onlar bu xalqın yaşatdığı hissləri yaşayır. Biz bunu hər zaman görür və hiss edirik. Ölkəmizdən kənarda yaşayan azərbaycanlılar hər zaman ürəklərinin Azərbaycanla döyündüyünü nümayiş etdirirlər. Çünki onlar milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin inkişaf etdiyi bir xalqın qanındandırlar.

Elə ölkə başçısı İlham Əliyevdə gənclər haqqında hər zaman öz müsbət fikirlərini bildirir. Prezident də gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusiliyini vurğulayır. "Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm”.

Milli mənlik şüurunun, vətənpərvərlik hisslərini inkişaf etdirmək uşaq yaşlarından, hətta uşaq doğulduğu andan etibarən təşviq edilməlidir. Hər bu Azərbaycan övladı vətən sevgisinin nə olduğunu dərk etməlidir. Nə üçün vətəni ana ilə bir tutulduğunu bilməlidir. Uşaq bunu öz ailəsində görüb, dərk edib, götürüb cəmiyyətə daxil olmalıdır. Bu hisslərlə böyüyən uşaq gələcəkdə vətəni üçün vətənpərvər bir gənc, bir əsgər, bir xalq nümayəndəsi olacaq.

Milli Məclisin deputatı Fəzail Ağamalı AZXEBER.COM-a açıqlamasında deyib ki, hər bir dövlətin və cəmiyyətin gücünün müəyyənləşməsində ciddi rol oynayan amillərdən biri cəmiyyətin bütövlükdə vətənə sədaqətindən keçir.

Deputatın fikrincə, vətənpərvərlik hisslərinin qorunması üçün biz hər zaman vacib olan məqamların üzərində dayanırıq:

"Vətənə məhəbbət, dövlətə sədaqət millətin ən üstün keyfiyyətlərindən biridir. 44 günlük müharibə bizi qalib millətə çevirdi. Millət olaraq artıq bir toplumun ən yüksək inkişaf mərhələsində olan millət səviyyəsinə qalxıb onu təstiq edə bildik. Bunun ən vacib şərtlərindən biri məhz uzun illər boyu əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və sonra 2003-cü ildən cənab Prezident İlham Əliyev tərəfindən olduqca diqqət yetirilən və yüksək səviyyəyə qaldırılan vətənpərvərlik, milli mənlik şüuru, torpağa bağlılıq, dövlətə sədaqət formalaşdı və güclü bir amilə çevrildi. 44 günlük müharibədə bütün dünyanı heyrətə salan Azərbaycan fenomeni özünün təsdiqini tapdı.

Prezident də hər çıxışında birmənalı olaraq gənclərimizin və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verir, bunun vacib olduğunu diqqətə çatdırır. Ona görə də, biz 44 günlük müharibədə gördüyümüz həm bizim gənc qəhrəman əsgər və zabitlərimizin, həm də bütövlükdə cəmiyyətimizin vətənpərvərlik hisslərinin, milli mənlik şüurunun gələcək nəsildə də davam etdirilməsi, bunun tam ənənə xarakteri daşıması üçün vacib olan məqamların üzərində dayanırıq”.

Fəzail Ağamalı bildirib ki, vətənpərvərlik hisslərinin və milli mənlik şüurunun hər zaman qorunub saxlanılması üçün bizdə problem yaşanmayacaq:

"Vətənpərvərliyimizin və milli mənlik şüurunun hər zaman qorunub saxlanılması üçün bizdə problem yaşanmayacaq. İlk növbədə bu, millətimizin genetikasından irəli gəlir. Onun düşüncələrindən və mənəvi keyfiyətlərindən qidalanır. Bundan sonra da evdə, uşaq baxçalarında, orta və ali məktəblərdə, harada olmasından asılı olmayaraq cəmiyyətin bütün təbəqələrində ardıcıl və sistemli fəaliyyətimizi davam etdirməliyik. Cənab Prezidentin çox unikal bir sözü oldu, "Harada ki, yüksək vətənpərvərlik var, orada bizə heç kim başqa cür yanaşa bilməz və biz hər zaman qalib ölkə olaraq özümüzü qoruyub saxlaya bilərik”.

Azərbaycanın vətənpərvərlik hissləri ilə yetişmiş gəncləri hər zaman bu dövlətin qorunması və inkişafı üçün öz töhfələrini verirlər. Milli mənlik şüurunun yüksək səviyyədə inkişaf etdiyi gənclərimiz gələcəkdə də vətən üçün əllərindən gələni etməyə hazır olduqlarını sübut ediblər.

Oxşar xəbərlər

Xəbər lenti
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02

2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01