Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər

“Su, qaz, elektrik enerjisi qiymətlərinin artımı, ən azı, 3 illik dondurulmalıdır...”

2021-11-04 17:06:48 193 baxış
Xəbər şəkil

“Eyni zamanda ölkədə investisiyaların kəskin şəkildə artımına ehtiyac var... Dünya  iqtisadiyyatında, iqtisad elmində başqa bir düstur yoxdur...”

İlin əvvəlindən bəri Azərbaycanda ərzaq və digər mallar xeyli bahalaşıb, xüsusən enerji daşıyıcılarının qiyməti, az da olsa, artırılandan  və maaş və pensiyaların artacağı haqda xəbər yayılandan sonra qiymətlərdə tədrici, qəpik-qəpik bahalaşma daha da intensivləşib. Bu da xalqın imkansız kəsimində xeyli narazılıq yaradıb. Görəsən, bu artımlar yalnız hansısa real xarici təsirlərdən və daxildəki gerçək iqtisadi zərurətdən yaranıb, yoxsa burada qeyri-adekvat iqtisadi siyasət, eləcə də inhisarçılıq, möhtəkirlik kimi subyektiv amillərin rolu da var?.. 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadi ekspert Elşad Məmmədov Moderator.az-a açıqlamasında mövzu ilə bağlı mülahizələrini bölüşüb. 

“Azərbaycandakı iqtisadi proseslərə, o cümlədən qiymət artımına xarici iqtisadi təsirlər danılmazdır. Bunu  etiraf etmək lazımdır. O da var ki, biz inflyasiyanı idxal edirik. Faktiki olaraq idxaldan asılılıq çox yüksək səviyyədədir. Və istehlak bazarında bu idxaldan asılılığın yüksək olması bizi kəskin çağırışlarla üz-üzə qoyur.  Amma digər tərəfdən, idxaldan asılılığın yüksək olması iqtisadi siyasətdəki problemlərlə bağlıdır” – söyləyən professor ölkəmizin kifayət qədər təbii, əmək resurslarına, həm də potensial kapitalın inkişafı imkanlarına malik olduğunu diqqətə çatdırıb. 

“Azərbaycan  kifayət qədər həm təbii, həm əmək resurslarına, həm də  potensial kapitalın, o cümlədən sənaye kapitalının inkişafı imkanlarına malik olan bir ölkədir. Və ölkə əhalisinin  məşğulluğunun artımı nöqteyi-nəzərindən, sosial vəziyyətin yaxşılaşdırılması baxımından, həm də yerli istehsalın formalaşması üçün kifayət qədər böyük potensial var.  Əgər biz idxaldan asılılığımızı effektiv şəkildə həyata keçirə bilsək, bununla ölkəyə inflyasıyanın idxalının qarşısının xeyli dərəcədə ala bilərik” – söyləyən iqtisadçı ekspert Mərkəzi Bank və hökumətin maliyyə və iqtisadi siyasətini tənqid edib.  

“Təəssüflər olsun ki, beynəlxalq qurumların tövsiyələri ilə Mərkəzi Bank və hökumətin iqtisadi bloku son qəbul etdiyi qərarlarla, hesab edirəm ki, bir sıra problemlərin daha da dərinləşməsinə şərait yaradır. Məsələn, Mərkəzi Bank pul-kredit siyasətini bir qədər də sərtləşdirib, uçot dərəcəsini artırıb.  Bunu da başa düşdüyümüz qədər onunla əsaslandırır ki, biz inflyasiya ilə mübarizə aparırıq. Halbuki, inflyasiyanı Azərbaycana xaricdən gətirirk. Biz burada - Bakıda daxili bazar üçün uçot dərəcəsini artırmaqla inflyasiya ilə necə mübarizə apara biləcəyik? Məgər  bizdə, əhalidə, iqtisadiyyatda artıq pul kütləsi var ki, siz pul kütləsini sıxmaqla, azaltmaqla inflyasiya ilə mübarizə aparırsınız? Yəni bu gün qeyri-adekvat qərarların qəbul olunmasını, sözsüz ki, dəstəkləmirəm.  Və hesab edirəm ki, eyni zamanda ölkədə investisiyaların kəskin şəkildə artımına ehtiyac var. Bank sektoru burada öz rolunu oynamalıdır.  İqtisadiyyat investisiyaların vasitəsilə inkişaf etməlidir. Dünya  iqtisadiyyatında, iqtisad elmində bunun üçün başqa bir düstur yoxdur. Sizin ümumi iqtisadiyyatınızda investisiya azalırsa,  iqtisadiyyatda hansı artıma nail ola bilərsiz?..

Bir sözlə, hesab edirəm ki, iqtisadi sahədə kəskin  şəkildə təxirəsalınmaz tədbirlərin reallaşdırılmasına ehtiyac var.  Bir tərəfdən, yerli istehsal inkişaf etməlidir. Bunun üçün investisiyalar artırılmalıdır. Digər tərəfdən, təbii inhisarlar dondurulmalıdır. Suyun, qazın, elektrik enerjisinin qiymətlərinin artımı məsələsi ən azı 3 illik dondurulmalıdır. 3 il təbii inhisarlar sabit şəkildə işləməlidir. Və bununla biz ölkə iqtisadiyyatına investisiyaların axınına şərait yarada bilərik. Təsəvvür edin, əgər bir iş adamı sərmayə qoymaq istədiyi hər hansı bir ölkədə üç aydan sonra tariflərin hansı səviyyədə olacağını  bilmirsə, oraya investisiya yatırarmı?  Bu, reallıqdır. Ona görə də hesab edirəm ki, valyuta məzənnəsi necə sabit saxlanılırsa, tariflər də sabit saxlanılmalıdır. Və eyni zamanda ölkədə investisiyaların həcmi kəskin şəkildə artırılaraq birbaşa investisiyaların ümumi daxili məhsula nisbəti, heç olmasa, 30 faizə çatdırılmalıdır.  Əgər Azərbaycan hökuməti, Mərkəzi Bank bu hədəfləri reallaşdırsa, düşünürəm ki, dövlət başçımız tərəfindən hökumət qarşısında, bank sektoru qarşısında qoyulan problemlər xeyli dərəcədə həllini tapar”- deyə professor Elşad Məmmədov vurğulayıb.

İqtisadçı professor Elşad Məmmədovla ölkəmizin iqtisadi-sosial problemləri ilə bağlı geniş müsahibəsini yaxın müddətdə oxuya bilərsiniz.

Oxşar xəbərlər

Xəbər lenti
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02

2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01