Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Azərbaycanlılara görə İrəvanda PANİKA
SİYASƏT
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
SİYASƏT
Güclü Azərbaycan naminə
SİYASƏT
İqtisadi potensial və böyük quruculuq
SİYASƏT
Strateji hədəflərin dolğun ifadəsi
SİYASƏT
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
SİYASƏT
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
SİYASƏT
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
SİYASƏT
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
SİYASƏT
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
SİYASƏT
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
SİYASƏT
Müəllim – gələcəyə işıq saçan insan!
SİYASƏT
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
SİYASƏT
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
SİYASƏT
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
SİYASƏT
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
SİYASƏT
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
SİYASƏT
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Qələbələrimizin siyasi təməli
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
SİYASƏT
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
SİYASƏT
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
SİYASƏT
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
SİYASƏT
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
SİYASƏT
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
SİYASƏT
Cəbrayılın qürur səhifəsi
SİYASƏT
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
SİYASƏT
Ümummilli Liderin dəyişməz siyasi kursu
SİYASƏT
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər

Yel qayadan nə apara bilərki.......

2021-11-04 19:40:51 346 baxış
Xəbər şəkil

 

"İt hürər, karvan kecər" atalar sözünü  bu yazıya yaraşdırmasam da,  sərlövhəalıtına çıxarmağa məcbur oldum (emosiya, eyforiya deyil)

Yazıya atalarımızın bu məşhur sözləri ilə başlamağımın səbəbi son vaxtlar Azərbaycanın detektiv yazıçısı, nasir, publisist, xalq yazıçısı, Azərbaycan SSR Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru bu sadaladıqlarımla bərabər, Azərbaycan ədəbiyyatını dünyaya tanıdan görkəmli şəxsiyyət Çingiz Abdullayev 
haqqında neqativ xarakterli informasiyaların yayılmasıdır. Xalq yazıçısının Sumqayıtda oxucuları ilə görüşdə Birinci Qarabağ müharibəsi haqda dediyi fikirləri qaragüruh, insanlar tərəfindən ağızları köpüklənə-köpüklənə, səbəbsiz, nifrətlə, eyforiyaya qapılaraq facebookdakı yazıları, fotolar, şəxsi videolar ilə müzakirəyə səbəb olub. Çingiz Abdullayevin məlum cıxışı barədə xeyli ziddiyyətli münasibətin şahidi oldum. Mənə elə gəlir ki, bəziləri Çingiz müəllimin dediklərini ya tam anlamayıblar, ya da qəsdən təhrif edirlər.
Günlərdir əl yazanı göz görmür. Rəylər barıt qoxusu verir, qan damır kəlmələrdən. Sanki dünyanın ən vəhşi, ən yabani yerində özbaşına əmələ gələn və ya süni şəkildə yetişdirilmiş bir qrup adamı yığıb doldurublar sosial şəbəkəyə. Süni şəkildə yetişdirilmək deyirəm, çünki bəzən elə şeylərə şahid olursan ki, deyirsən yox, bu, insan övladının edə biləcəyi iş deyil. Qana-qan, dişə-diş deyib düşüblər sosial şəbəkınin canına. Yaranmış mənzərələr qarşısında adamı vahimə bürüyür. "İlahi”,deyirsən, öz-özünə, “nədir bu qədər nifrətin, kinin səbəbi”? Cavan-cavan insanlar, nur parçası kimi gənclər hansı arada bu qədər xıltı yığıb doldurublar dərinliklərinə? Orta yaşlıların, yaşlıların təcrübəsi, mərhəmətinin hara buxarlanıb getdiyini düşünmək qanını dondurur. Nədir insanlardakı bu linç sevdası? 
Linç heç bir ədalətli mühakimə olmadan insanlara verilən cəza növüdür. Adəmə qədər gedib çıxmayacam, amma, bu, əsrlərdir var. Bu gün isə daha şiddətli və daha kəskin şəkildə özünü göstərməkdədir. Əvvəllər meydanlarda, məhəllələrdə, dedi-qodu masalarında, insanların sıx olduğu yerlərdə dolaşırdılar, indi isə sosial şəbəkəyə yığılıblar. Olduqca populyar bir hal alıb kimisə linç etmək.
Şüursuz rəylər, ədəbi aşan statuslar, heç bir əndazəyə sığmayan kəlmələr, əndazədən çıxmış paylaşımlar baş alıb gedir. İnsanlar dəhşətli dərəcədə təhlükəli olublar. Təqibçi sayı bir az artıq olanlar sırf "like" naminə, hətta adı ağızlarına yaraşmayan dünya şöhrətli yazıçını hədəf götürərək kütləni ora yönəldirlər. Şəkillərini paylaşıb küt düşüncəli istifadəçilərə rəy yazdırırlar. Hər gün yeni boş başları ilə “fikir”, yeni "söz", yeni "nişangah" tapırlar.
Əksəriyyət haqqında danışdığı insan haqqında elə də çox məlumat sahibi deyil. Sadəcə, digərlərinə baxır, palaza bürünür, onlarla birgə sürünür. 
İçim əzilir bu cür rəyləri oxumaqdan. Ürəyim xınc-xınc olur cəmiyyətdə xərçəng xəstəliyi kimi metastaz verərək yayılan bu kütləni gördükcə. 
Çoxu düşünür ki, üzü üzümə, gözü gözümə deyil. Yaxşı, bəs vicdan? Batmırmı ətinə, gecə yatağına girəndə dalamırmı dərini, yastığın daş olub başını əzmirmi? Xalq yazıcısını, həqiqətən "görkəmli şəxsiyyət" sözünə ən layiqli insanı ən ağır şəkildə ittiham edib başını yastığa necə qoyursan? Çingiz Abdullayevin illərini verdiyi parlaq yaradıcılığıdır kölgə salmaq istəyi ilə "mən bir fərd, bir şəxsiyətəm" deyib necə həyatına qaldığın yerdən davam edə bilirsən demək istəyirsən. Amma mümkün deyil. Çünki öz səslərindən başqa kimisə eşitmir, görmək istədiklərindən başqa heç nəyi görmürlər. Elə bir manqurtlaşıblar. Çünki bütün insani hisslərini, duyğularını itirib, şüursuz bir kölə kimi hərəkət edən məxluq kimi davranış sərgiləyirlər.
Yazdıqları boş-boş statuslara doğrunu yazaraq başa salmaq istəyirsən leş üzərinə şığıyan qarğa-quzğun kimi tökülürlər rəylərə. Bilən-bilməyən, anlayan, anlamayan hər sətirdən bir üfunət iyi vurur adamı. Sırf təqibçilərə xoş olsun deyə linç ortamı yaradırlar. Məqsəd eqolarını daha çox oxşatmaq, əksikliklərinə daha çox sığal çəkdirməkdir. Bu cür adamlar özləri ilə barışıq deyillər. Mütəmadi kimlərəsə ehtiyac duyurlar. Yarımçıqdırlar! Linç edənlər isə elə bilirlər ki, qarşıdakı divardı. Çünki özünü onun yerinə qoya bilmir, empatiyadan yoxsuldurlar. Hissləri, düşüncələri korşalıb...
Bu vəziyyətdən yeganə çıxış yolunu mən onda görürəm ki, gərək ancaq həqiqəti qələmə alıb xalqa catdırasan.Çingiz Abdullayevə niyə dahi "şəxsiyyət sözünün ən layiqli daşıyıcısı" dediyimi isə bəzilərinin özlərini əziyyətə salıb tanış olmadıqları bu şərəfli ömür, yaradıcılıq tarixi ilə tanış etmək istəyirəm.
Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan Milli Akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır. 
Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələrinin tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur. Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir. 31 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.
Mirzə Fətəli Axundzadə demişdir ki, “Mənim xalqımın fitri istedadı Avropa xalqlarının fitri istedadından qat-qat artıqdır”. Buna bariz nümunə Çingiz Abdullayevin parlaq yaradıcılığıdır. O, öz yaradıcılığı ilə sübut edir ki, bizim əsərlər milliyyətindən asılı olmayaraq, Avropada və digər qitələrdə yaşayan intellektual səviyyəli oxucuların diqqət mərkəzində ola bilər.Ədəbiyyatda belə yazılmamış qanun var – hər bir yazıçı yaratdığı əsərlərin kəmiyyətindən və istedad dərəcəsindən asılı olmayaraq, çox vaxt bir əsəri ilə tarixə düşür, yalnız bir əsəri onun sənətkar adının tam dəyərli ekvivalentinə çevrilir. XX əsrin sonlarına qədər Çingiz Abdullayevin adı çəkiləndə də yada ilk növbədə məşhur “Mavi mələklər” əsəri düşür.  “Mavi mələklər” Rus dilində dörd dəfə 1988 (30 000 tiraj), 1989 (100 000), 1992 (20 000) və 1994-cü (50 000) illərdə üst-üstə 200 000 tirajla, Azərbaycan dilinə tərcümə olunan əsər isə 1993 (9000) – 2011 (2000)–ci illərdə üst-üstə 11000 tirajla nəşr olunur. Buraxılış tarixinə və tirajların sayına nəzər salanda, onda görərik ki, Çingiz Abdullayev blokada şəraitində olan Azərbaycan ədəbiyyatı sahəsində inqilabi sıçrayış etdi. Azərbaycanlı nasirin ərsəyə gətirdiyi əsər sayı 100 minlərlə olan geniş oxucu kütləsinə təqdim olunur. O yerdə ki, (Rusiyada) bizi, mənfur ermənilərin iyrənc təbliğatına görə xristianların düşməni, mülki vətəndaşların qatili, mədəniyyətdən kənar barbarlar adlandırırdılar, bütün bu informasiya böhtanına sinə gərən bizim yazıçı, əsərlərini rus dilində nəşr etdirərək, postsovet məkanında azərbaycanlı ziyalısının hansı savada, nəyə qadir olduğunu sübut etdi. 
XX-XXI əsrdə populyarlıq qazanan detektiv əsərlərin yazıcıları Edqar Allan Po (amerikan), Artur Konan Doyl (şotlandiyalı ingilis), Aqata Kristi (ingilis), Umberto Eko (italyan), Orhan Pamuk (türk), Milorad Paviç (serb), Çingiz Abdullayev (azərbaycanlı) detektiv yazar kimi qəbul edildi.Çingiz Abdullayevin həyat və yaradıcılığı ilə bağlı bir çox faktlar var və bu faktlar kifayət qədər maraqlıdır. Çingiz Abdullayevin 2500-dən çox kitabı çap olunub. Kitablarının ümumi tirajı 27 milyondan artıqdır. Bədii mətnləri əsasında 9 film çəkilib. Əsərləri dünyanın 29 dilinə tərcümə olunub. Bu rəqəmlər (qəsdən bu statistik xarakterli məlumatı sözlə yox, rəqəmlə yazdım) bir yazıçı bioqrafiyası üçün çox böyük göstəricidir. 
Onun bu fədakar uğurumu bir çox bədbin insanları, o cümlədən, bəzi qələm sahiblərini qıcıqlandırır?
İnsanlarda xoş ünsiyyət yaratmaq, zamanın ruhunu duymaq, öz alovlu, təsiredici nitqi ilə on minlərlə, yüz minlərlə insanın məhəbbətini qazanmaq, əxlaqi, etik, mədəni keyfiyyətlərlə ətrafda cərəyan edən içtimai proseslərin nəbzini tutmaq Çingiz Abdullayevi geniş miqyasda kamil insan səviyyəsinə gətirib çıxarıbdır. Kamil insanın daxili aləminə girib onun ürəyindəki duyğuları və təfəkküründəki fikirləri qələmə alıb yazmaq çox mürəkkəb proses sayılır. 
Lakin mən Çingiz müəllimi şəxsən tanıdığım üçün, onun daxilində cərəyan edən, bəzi xarakterik sirlərə bələdəm və məhz buna görə də sözün əsl mənasında, təfəkkürümdə, bu böyük insan barəsində gəzdirdiyim bir çox fikirləri paylaşmaq məcburiyyətindəyəm. Haqqında nəinki böyük həcmli bir məqalə, hətta kitab belə yazsaq, bu şəxsiyyətin yaradıcılıq fəaliyyəti haqqında, yenə də az olar.
 Gərək hər kəs vicdanını qarşısına qoyub düşünsün və ya az da olsa, küncdə-bucaqda qalan empatiya hissini hərəkətə keçirsin. Çünki bu, yalnız insanın özünün özü ilə həll edə biləcəyi məsələdir.Daha da təəccüblüsü odur ki, Çingiz müəllim haqda neqativ xəbərlər məlumatı yoxlamadan, onu səsləndirənin kimliyinə aydınlıq gətirmədən dərhal bizim bəzi saytlarda da olduğu kimi yox, montaj olunaraq yayımlanır. Hətta o səviyyədədir ki, bir kefli feysbukda sərxoş beyinlə yazdığı şərh də xüsusi xəbərə çevrilir. Bəs əslində bunu ehtiyac varmı? Şəxsi fikrim budur ki, xeyr. Yəni bir dəli quyuya daş atırsa, məcbur deyil ki, yüz ağıllı yığılıb onu çıxarsın. 
Və sonda...
Cingiz Abdullayev İkinci Vətən müharibəsinin 44 günü ərzində, qüdrətli Azərbaycan ordusunun vətənsevər oğulların döyüş əzmini daim "Qüdrətli sərkərdəmiz"in etdiyi kimi xarici kütləvi informasiya vasitələri ilə işıqlandırırdı. Qəlbi Vətən eşqi ilə döyünən dünya şöhrətli yazıçı havadarlarının köməyi ilə bədxah ermənilərin Dağlıq Qarabağı işğal etdiyi bir vaxtda gənclərə mərdlik, mübarizlik, döyüşkənlik ruhu aşılamaq məqsədilə azərbaycanlıların qəhrəmanlıq tarixindən bəhs edən çıxışlarla daim televiziyalarda erməni lobbisinin aktiv və güclü olduğu proqramlarda ölkəmizin haqlı mövqeyini müdafiə etməsi ümid edirəm ki, hər birimizin yaddaşındadır.
Çingiz müəllimin dünya ölkələrinə Azərbaycanın haqq savaşında, öz torpaqları uğrunda apardığı savaşın kiçik detallarına qədər səlis şəkildə ifadə etməsi,dünya xalqları üçün düşündürücü, milli-mənəvi dəyərlərimizə işıq tutan,  uzun illərin həyat təcrübəsindən qaynaqlanan və  yaşının bu çağında bizim gəncliyə ən dəyərli ərmağan olaraq qiymətləndirilməlidir. 
Xalqına hörmət, təəsübleşlik, namus-qeyrət, torpağa bağlılıq, səmimi insani münasibətlər, vicdanla yaşamaq, əzəli və əbədi məhəbbət, halal, haram və s. mövzulardakı fikirlər Çingiz müəllimin deyimində təravətli bir məna ilə qarşımıza çıxır.
Yazımın sonunu isə belə bir müraciətlə bitirmək istəyirəm.
Hörmətli Cingiz müəllim!
Yaddaşla kağız arasındakı yolun nə qədər uzun, mürəkkəb və çətin olduğunu hər bir qələm adamı yaxşı bilir. Sizin haqqınızda düşünəndə, nədənsə, gözümün önündə kabinetində oturduğunuz Xalq şairi Səməd Vurğun, dünya ədəbiyyatı tarixində ilk dedektiv roman müəllifi olan  Çarlz Feliks, dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş böyük qırğız yazıçısı Çingiz Aytmatov, dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzer, onunla eyni dövrdə yazıb yaratmış Fyodor  Dostoyevskini canlanır. 
Yalnız böyük istedad sahibləri həyatın sel kimi axıb gedən olayları arasından əsl ədəbiyyat  "materialını" ustalıqla seçə və onu  fəlsəfi, bədii dəyər səviyyəsində oxucuya çatdıra bilir. Siz həmişə xalqın taleyini, dərdini düşünmüsüz və dilə gətirmisiz, Xalq adamı, xalqın yazıçısı olmusunuz. Məncə, bundan böyük xoşbəxtlik yoxdur.Sizə ehtiramımız gerçəkdən də böyükdür.

Hörmətlə: milyonlarla oxucunuzdan biri:

 

Aygül SADAYQIZI,
Azərbaycan Jurnalistlər Birliyinin  və Türk dünyası Yazar Dərnəyinin  üzvü, 
“Yenilik-Press” qəzetinin redaktoru, 
”Qızıl qələm” ali media mükafatı laureatı.





Oxşar xəbərlər


Xəbər lenti
Azərbaycanlılara görə İrəvanda PANİKA
2026-10-12
Günay Ağamalı: “Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı tərəfdaşa çevrilib”
2026-10-10
Güclü Azərbaycan naminə
2026-10-10
İqtisadi potensial və böyük quruculuq
2026-10-10
Strateji hədəflərin dolğun ifadəsi
2026-10-09
Asiya və Avropanı Birləşdirən Yeni Qlobal Güc Mərkəzi
2026-10-09
Cəbrayılın bugünkü mənzərəsi iki dövr arasındakı böyük fərqin ifadəsidir - RƏY
2026-10-08
Bakı və Mərkəzi Asiyanın Sarsılmaz Strateji Güc Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir.
2026-10-08
Günay Ağamalı: 44 günlük Vətən müharibəsi milli iradəmizin və birliyimizin ən parlaq təcəssümüdür – MÜSAHİBƏ
2026-10-06
YAP-ın VIII Qurultayı- Gələcəyə İşıq Salan Siyasi Hadisə
2026-10-06
Xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır
2026-10-06
Müəllim – gələcəyə işıq saçan insan!
2026-10-05
"3 Oktyabr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsidir"
2026-10-05
“Milli İradədən Tarixi Zəfərə, Zəfərdən Böyük Gələcəyə!”
2026-10-05
Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır
2026-10-05
Milli birlik və qətiyyət tarixi Zəfərlərimizin əsas dayağıdır
2026-10-05
Müstəqil siyasət və milli ideoloji təhlükəsizlik
2026-10-05
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni mərhələnin başlanğıcını müəyyənləşdirir
2026-10-05
Cəbrayılın qürur səhifəsi
2026-10-05
Qələbələrimizin siyasi təməli
2026-10-05
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-10-02
Bakı ilə Yeni Dehli arasında “buzlar əriyir”-REAKSİYA
2026-10-02
Bakıda Cənubi Qafqazın yeni reallığı bir daha elan olundu
2026-10-02
Cəbrayılın azad edilməsi Zəfər yolumuzun mühüm mərhələsi oldu
2026-10-02
Cəbrayıl yeni inkişaf dövrünü yaşayır
2026-10-02
27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl
2026-10-02
Cəbrayılın qürur səhifəsi
2026-10-02
Müdafiə sənayesində ŞOK SIÇRAYIŞ - Azərbaycan 1,8 milyard avroluq istehsala hazırlaşır
2026-10-01
Ümummilli Liderin dəyişməz siyasi kursu
2026-10-01
Azərbaycanın inkişaf yoluna ömrünü həsr edən Ulu Öndər
2026-10-01