MƏKTƏBLƏRDƏ ŞİDDƏTƏ MƏRUZ QALAN GƏNCLƏRİMİZ - DEPUTATLAR DA İŞƏ QARIŞDI
"Belə insanları məktəbdən uzaqlaşdırmaq lazımdır"
Mövzu ilə bağlı Bakupost.az -a millət vəkili Fəzail Ağamalı bildirib ki, o, şagirdə əl qaldıran, onu vuran, xəsarət yetirən müəllimləri şiddətlə qınayır:
“Müəllim heç bir halda şagirdə əl qaldırmalı, təzyiq göstərməli deyil. Gələcəyimiz olan gəncləri döyərək tərbiyələndirmək olmaz. Əgər şagird müəllimin sözünə baxmırsa, davranışları qəbul edilən deyilsə, dərslərə hazırlıqlı gəlmirsə, bunun zorakılıqla, təzyiqlə qarşısını almaq olmaz. Müəllim ilk öncə bütün bunların səbəbini öyrənib araşdırmalıdır. Öyrənmək lazımdır ki, şagird nəyə görə özünü bu cür aparır. Bununla bağlı məktəbin psixoloqu ilə məsləhətlər aparmalıdır. Valideyni məktəbə çağrılmalıdır. Müəllim, psixoloq və valideyn birləşib üçü birgə vəziyyətdən çıxış yolu tapmalıdırlar”.
F.Ağamalının dediyinə görə, şagirdə təzyiq, şiddət göstərənlərə müəllimlik yaraşmır. Belə insanları məktəbdən uzaqlaşdırmaq lazımdır.