II-Ci Vətən müharibəsində Hacı Hüsnü Həsənovun arxa cəbhədə ki dəstəyi..
Salyan Rayonun axundu, Qafqaz Müsəlmanları İdarəsinin Salyan rayonunun qazisi Hacı Hüsnü Həsənovdur
Hüsnü Həsənov çıxışları zamanı dövlətimizin dinə göstərdiyi qayğıdan, xalqımıza xas olan tolerantlıq ənənələrindən, Azərbaycanın dünyaya nümunə olmasından bəhs edər.Unutmaq olmaz ki, ulu öndər Heydər Əliyevin vaxtilə dini abidələrə verdiyi dəyəri, hal-hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan ərazisində fəaliyyət göstərən məscidlərdə, ziyarətgahlarda, kilsələrdə, sinaqoq və məbədlərdə tarixi-elmi tədqiqat işləri aparılır, tarixi abidələrin hər biri diqqətlə öyrənilir, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılır, ehtiyac olduqda müəyyən bərpa işləri də həyata keçirilir. Başlıca məqsəd, milli-dini dəyərlərimizin qorunub saxlanmasıdır və onların gələcək nəsillərə ötürülməsidir.
Salyanda dəfn olunan şəhidilərin yas mərasimləri Hacı Hüsnünün iştirakı ilə həyata keçirilib. Sözsüz ki, bütün bunlar yuxusuz gecələrin, müəyyən streslərin, olmazın zəhmətin qarşılığında yerinə yetirilir. Bu gün də müqəddəs vəzifə davam etdirilir.Hacı Hüsnü Həsənov Salyan rayonunda bütün şəhidlərin yas, mərasimlərini aparıb onların ruhuna dualar oxuyur və xatirələrini bir daha yada salır.
Axund arxa cəbhənin yükün çiyinlərində daşımaqla , fədakarlıq və böyük zəhmətlər hesabına xalqımız qarşısında nümunəviliyi ilə yadda qalıb.Salyan rayonun əhalisi Hacı Hüsnünün xidmətlərini yüksək qiymətləndirir. Hacı şəhidlərin ildönümündə adgünlərində iştirak edir və şəhidlərin müqəddəs ruhuna dualar oxuyur.
Müəllif, Kanal4.az



