Milli Məclisin deputatı Fəzail Ağamalı Şəhidlərimizin valideynləri ilə görüşdü.
7 Noyabr 2021 - ci ildə Milli Məclisin Deputatı Fəzail Ağamalı Salyan rayon Xalac kəndində torpaqlarımızın azadlığı uğrunda Şəhid olan oğullarımızın valideynləri ilə görüşdu.
Problemlərlə maraqlanan Milli Məclisin deputatı Fəzail Ağamalı onların həlli istiqamətində işlərin aparılması üçün köməkçisi Xidmət Orucova müəyyən tapşırıqlar verdi.
Şəhidlərimizin valideynləri görüşdən məmnunluğunu bildirdi. Fəzail Ağamalı Şəhid, qazi ailələrinin ölkə başçımız Cənab İlham Əliyevin və I Vitse - Prezidentimiz Mehriban Xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduqlarını, torpaqlarımızın işğaldan azad olunması uğrunda Şəhid olan oğullarımızın əziz xatirəsinin daim anılacağını, qazilərimizin xidmətlərinin unudulmayacağını bildirdi.




